Hərir hava limanında Amerika mövqelərinə növbəti hücum olub + FOTO

Şənbə 21 Oktyabr 2023 - 16:37
https://az.iswnews.com/?p=27535

Ərbilin şimal-şərqində yerləşən Hərir hava limanında amerikalı əsgərlərin mövqeləri İraq müqavimət qruplarının dron hücumu ilə hədəfə alınıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq İslami Müqaviməti oktyabrın 20-də bəyanat yayaraq, Hərir hava limanında amerikalı işğalçıların mövqelərinə edilən hücumun məsuliyyətini öz üzərinə götürərək, bu hücumun iki drondan istifadə edilərək həyata keçirildiyini açıqlayıb.

İraq İslam Müqavimətinin bəyanatı

Qeyd edək ki, oktyabr 18-də Hərir Hava Limanında Amerika əsgərlərinin mövqeləri İraq İslam Müqaviməti tərəfindən hədəfə alınıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir