Qəzzada və işğal olunmuş ərazilərdə hərbi vəziyyətlə bağlı son xəbərlər, 19 Oktyabr 2023

Cümə axşamı 19 Oktyabr 2023 - 23:34
https://az.iswnews.com/?p=27486

Döyüşlərin 13-cü günündə Qəzza zolağı ətrafında xüsusi və əhəmiyyətli quru münaqişəsi olmayıb. İsrail ordusunun quru qoşunlarının Qəzza zolağı ətrafında hərəkətləri hazırda hələ də müdafiə xarakteri daşıyır. Həmçinin, Qəzza zolağı ətrafındakı İsrail yaşayış məntəqələrinə və digər ərazilərə raket hücumları davam edir.

Şimal cəbhəsində Hizbullah ilə İsrail rejimi arasında raket və artilleriya toqquşmaları davam edir. Bu gün Hizbullah yüngül artilleriya atəşi və zireh əleyhinə idarə olunan raketlərdən istifadə etməklə Ras-ən-Nəqura, Rahab, Cəl əl-Aləm və Hənitə kimi bölgələrdə İsrail ordusunun çoxlu sayda təhlükəsizlik və rabitə vasitələrinə hücum edib. Həmçinin İsrail qüvvələrinin Azurit keçid məntəqəsindəki bazasına doğru üç idarə olunan raket atılıb. Bugünkü hücumların maraqlı məqamı Hizbullahın hücumlarının Kətaib əl-Qəssam və Saraya əl-Qüds qüvvələrinin bir neçə mərhələdə həyata keçirilən raket hücumları ilə eyni vaxtda və koordinasiyalı olması olub. Hizbullahın hücumları ilə eyni vaxtda Fələstin qüvvələri işğal olunmuş Fələstinin şimalına 36-dan çox raket atıb.

Bu gün daha bir mühüm hadisə İordan çayının qərb sahilində gərginliyin və silahlı qarşıdurmaların artması oldu. Sionist rejim ordusu və təhlükəsizlik qüvvələri bu gün səhər saatlarında Tülkərəm bölgəsindəki Nur Şəms düşərgəsində Səraya əl-Qüds qüvvələrinə zərbə endirmək məqsədi ilə kütləvi hücum həyata keçirib. Bu qarşıdurmalarda İsrail rejiminə aid bir hərbi avtomobil müqavimət qüvvələrinin yol kənarına yerləşdirilmiş bomba ilə hədəfə alınıb. Qarşıdurmaların intensivliyi çox yüksək olub və İsrail rejimi kamikadze pilotsuz uçan aparatdan istifadə edərək bu düşərgədə müqavimət qüvvələrinin mövqelərini hədəf alıb. Bu toqquşmalarda 12 fələstinli şəhid olub, naməlum sayda İsrail əsgəri də ölüb və yaralanıb. İsrail yalnız Sərhəd Mühafizəsinin zabitlərindən biri Maksim Rezinkovun bu döyüşlərdə öldüyünü etiraf edib.

Son iki həftədə gedən döyüşlərdə tərəflərin itkiləri ilə bağlı Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağında şəhidlərin sayının 3500-dən, yaralıların sayının isə 12000-dən çox olduğunu açıqlayıb. Həmçinin İordan çayının qərb sahilində 69 nəfər şəhid olub, 1300-dən çox insan yaralanıb. İsrail tərəfində isə itki rəqəmləri ciddi şəkildə dəyişməyib və İsrail dəqiq itki rəqəmlərini verməkdən imtina edir.

Qəzza ətrafında hərbi vəziyyət – tam ölçüyə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir