Homsa dron hücumunun arxasında Türkiyə dayanır?

Bazar ertəsi 9 Oktyabr 2023 - 10:58
https://az.iswnews.com/?p=26912

Suriyanın bəzi yerli mediası Əbdül Kərim Camal Qasumu Homs Hərbi Kollecinə dronla hücumu təşkil edən şəxs kimi təqdim edib və onun Türkiyə kəşfiyyat xidməti ilə yaxşı münasibətlərinin olduğunu iddia edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Homs Hərbi Kollecinə dronla hücumdan bir neçə saat sonra bəzi yerli Suriya mediası hücuma görə 112-ci briqadanın rəhbərinin məsuliyyət daşıdığını iddia edib.

Terrorçulara yaxın olan bir sıra kanallar və bəzi yerli medialar bu hücumun səbəbkarı kimi “Əbu Camal” kimi tanınan “Əbdül Kərim Camal Qasumu” müəyyənləşdirib. Əbu Camal Suriyanın İdlib vilayətinin Kəfərbittix kəndinin sakinidir. O, hazırda 112-ci Briqada kimi tanınan “Əl-Əhfad Briqadası” adlı qrupun rəhbəri idi.

Yerli mətbuatın yazdığına görə, Camal Qasumun Türkiyə Kəşfiyyat Təşkilatı ilə çoxlu yaxın əlaqələri var və bu yaxın əlaqələrə görə o, Hakan Fidanın tələbəsi kimi tanınır. Qasum 3 ay idi ki, hamının gözündən itmişdi və nəhayət, onun yeddi kəşfiyyatçı ilə Türkiyəyə köçürüldüyü deyilmişdi.

Həmçinin, “Firqətu Əl-Həmzə” terrorçularının komandanı Seyf Əbu Bəkr və “Süleyman Şah” terrorçularının komandanı Məhəmməd Əl Casim Əbu Əmşa son vaxtlar Əbu Camalla münasibətlərini gücləndirib və sentyabr ayında ən azı dörd dəfə görüşüblər. 2023-cü il sentyabrın 19-da bu üç nəfər Türkiyə Kəşfiyyat İdarəsinin rəsmiləri ilə görüşmək üçün Türkiyənin Keleş şəhərinə çağırılıb.

Bildirilib ki, bu görüşlərin birində Türküstan Partiyasının yüksək rütbəli komandirləri və Kətibə Əl-Muhacirin də dronların buraxılması və istifadəsi təcrübələrinə görə iştirak ediblər.

Lakin bu hücumun hansı qruplaşma tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi hələ dəqiq müəyyən edilməmişdir, lakin bu dron hücumunun arxasında hansısa ölkənin dayandığı aydındır, çünki bu tip hücumu həyata keçirmək və dəqiq dronlardan istifadə etmək xüsusi bilik və bacarıq tələb edir, Suriya terrorçuları isə hələlik buna nail olmayıb.

Qeyd edək ki, Suriya televiziyası Rusiyanın Suriyadakı barışıq idarəsinin rəhbəri admiral Fadim Koletə istinadla bildirib ki, İdlibdə yerləşən terrorçular, xüsusən də Hizbi-İslami Türküstan və Ənsar əl-Tövhid yerli dronlar vasitəsilə Suriya və Rusiya hərbi mövqelərinə qarşı hava əməliyyatları keçirməyə hazırlaşdığı bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir