Əhməd Məsudun sionist rejimdən kömək istəməsi; Milli Müqavimət Cəbhəsi təkzib etdi!

Çərşənbə 4 Oktyabr 2023 - 13:08
https://az.iswnews.com/?p=26665

Sionist rejimin Maariv agnetliyi Əhməd Məsudun bu rejimdən kömək istədiyini iddia edib. Əfqanıstan Milli Müqavimət Cəbhəsi bu iddianı təkzib edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əfqanıstan Milli Müqavimət Cəbhəsinin (Əhməd Məsuda bağlı) Twitter səhifəsi bir mesajda Əhməd Məsudun sionist rejimdən kömək istəməsi iddiasının doğru olmadığını və ümumiyyətlə onun, sionist rejim mediasına müsahibə vermədiyini açıqlayıb.

Qeyd edək ki, sionist rejim mediası son xəbərdə Əhməd Məsudu “Əfqan üsyançılarının lideri” adlandıraraq, bu qüvvələrin sionist rejimdən yardım istədiyini iddia etmişdi. Bu xəbərə görə, Əhməd Məsud bu müsahibəsində deyib:

“Bizi dəstəkləmək istəyən hər hansı bir tərəfin, o cümlədən İsrailin köməyinə ehtiyacımız var. Düşünürəm ki, qaranlığa, terrora və cəhalətə qarşı bəşəriyyətin tərəqqisi üçün hamımız birlikdə çalışmalıyıq”.

Bu xəbərdə Maariv agentliyi Əhməd Məsuda istinadən Amerikanın Talibanla danışıqlarından məyus olduğunu və Ukrayna müharibəsi səbəbiylə avropalıların Əfqanıstana diqqətsizliyindən şikayət etdiyini bildirib:

“Bu cinayətlərdən narahat olanlar və insan haqlarının vəziyyəti ilə bağlı danışıqlara sövq edənlər var. Əfqanıstana humanitar yardım verirlər, qaçqınları qəbul edirlər, bəs biz daha nə qədər qaçqın qəbul edə bilərik? Kömək kifayət deyil. Talibanı həqiqətən dəyişdirmək üçün bizə daha sistemli təzyiq lazımdır, çünki onlar bunu etməyiblər. Amma biz onlarla danışmalıyıq”.

Əgər bu xəbər doğrudursa, Əhməd Məsud əvvəlcə dünyanın Əfqanıstan, xüsusən də İran və Pakistan kimi əfqan qaçqınlarını qəbul edən ölkələrlə bağlı siyasətindən narazılığını bildirib. Bu tənqid İranın Əfqanıstanda qeyri-sabitliyin daha da artmasına, xüsusən də Əhməd Məsudun birölçülü tələblərinə dəstək verməməsindən qaynaqlanır. İsrailin Talibandan tutmuş Əhməd Məsuda qədər Əfqanıstanın müxtəlif qruplaşmaları ilə əlaqələri ilə bağlı çoxsaylı məlumatlara və şişirtmələrə baxmayaraq, sionist rejim Əfqanıstandakı proseslərdə təsirli və birbaşa rol oynamır və onların bu regiondakı hərəkətləri Mərkəzi Asiya ölkələri (Özbəkistan, Türkmənistan, Tacikistan və Qazaxıstan) yönəlib.

Daha çox oxuyun: Fransada Əhməd Məsudun kitabının təqdimatı olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir