Əfqanıstanın Hindistandakı səfirliyi bağlanıb

Bazar ertəsi 2 Oktyabr 2023 - 12:03
https://az.iswnews.com/?p=26616

Əfqanıstanın Hindistandakı səfirliyi bir bəyanatda bildirib ki, maliyyə problemləri və ev sahibi hökumətin (Hindistan) dəstəyinin olmaması, o cümlədən Hindistanda yaşayan əfqan diplomatlar üçün vizaların uzadılmaması səbəbindən bu səfirliyin Yeni Dehlidəki bütün fəaliyyəti 1 Oktyabr Bazar günündən etibarən dayandırılıb.

Bəzi yerli KİV-lər Əfqanıstanın Hindistandakı səfirliyinin bağlanmasını belə şərh edirlər ki, Hindistan bu səfirlikdəki əvvəlki Əfqanıstan hökumətinin agentlərinə dəstək verməyərək, Talibanla yaxınlaşmaq və Əfqanıstan səfirliyinin fəaliyyətini bu qrupun işçilərinə ötürmək niyyətindədir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir