Yəmən xalqı ABŞ-Səudiyyə müharibəsinə qarşı etiraz aksiyası keçiriblər

Bazar ertəsi, 24 Yanvar 2022 - 01:47
https://az.iswnews.com/?p=265

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Yəmən xalqı Ənsarullahın nəzarətində olan şəhərlərdə müharibənin şiddətlənməsinə və ABŞ və Səudiyyə koalisiyasının Yəmənin hərbi və iqtisadi blokadasına etiraz olaraq genişmiqyaslı nümayişlər keçirib.

Yanvarın 21-də Yəmən xalqı Yəmənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Səədə, Əmran, Zimar və Sənaada böyük nümayişlər və mitinqlər keçirib. Onlar Yəmən bayrağını qaldırıb və Ənsarullah hərəkatı lehinə və ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın cinayətlərini pisləyiblər. Yəmən xalqının müxtəlif təbəqələrindən olan insanlar Əl-Məsirə kanalı müxbirinə müsahibədə bütün Yəməndə mülki şəxslər, günahsızlar və ictimai əmlakların işğalına cavab verilməsinin vacibliyini vurğulayıblar.

Yanvarın 20-də Səudiyyə koalisiyasının Səədə, Əl-Hüdəydə və Əmran əyalətlərində həyata keçirdiyi qanlı hücumlarda 85-dən çox insan şəhid olmuş, 157 nəfər isə yaralanmışdır. Hücumlara cavab olaraq Yəmənin silahlı qüvvələri BƏƏ-ni təhlükəsiz elan edib və mülki şəxslərin dövlət obyektlərindən uzaq durmasını və xarici şirkətlərin ölkəni tərk etməsini tələb etmişdilər.

Əl-Məsirə kanalının Yəmən xalqının Sənaa əyalətindəki nümayişlərindən verdiyi xəbər
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.