Əfqanıstanda Təhrik-e-Taliban Pakistan üzvlərinin kütləvi həbsi

Cümə axşamı 28 Sentyabr 2023 - 15:54
https://az.iswnews.com/?p=26455

Əfqanıstan Talibanının Kəşfiyyat İdarəsinin silahlı şəxsləri bu təşkilat rəsmilərinin göstərişi ilə Pakistanın Nuristan, Kunar və Kabil əyalətlərində Təhrik-e-Taliban hərəkatının çoxlu sayda üzvünü həbs ediblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əfqanıstan Taliban hökumətinin kəşfiyyat şöbəsi Təhrik-e-Taliban Pakistan qruplaşmasının Hayber Paxtunxva əyalətinin Çitral bölgəsində Pakistan ordusunun postlarına qarşı son hücumlarında iştirak edən 200 üzvünü həbs edib.

Nuristan, Kunar və Kabil əyalətlərində “Taliban” hərəkatının “Təhrik-e-Taliban Pakistan” üzvlərinə qarşı təhlükəsizlik əməliyyatları keçirilib.

Təhrik-e-Taliban üzvlərinin Əfqanıstan Talibanı tərəfindən həbsi Taliban hökumətinin xarici işlər naziri Moləvi Əmir Xan Müttəqinin Kabildə Asif Əli Durrani və bir neçə Pakistan təhlükəsizlik rəsmisi ilə son görüşü zamanı onları Təhrik-e-Talibanın terror fəaliyyətlərinə nəzarət edəcək və Pakistana qarşı Əfqanıstandan hücuma keçəməyə mane olacağına əmin etdikdən sonra baş verib.

Bu xəbər Əfqanıstandakı Taliban hökuməti tərəfindən hələlik təsdiqlənməyib, lakin Pakistan hökuməti bu hərəkəti müsbət qarşılayıb və Təhrik-e-Taliban Pakistanı dəstəkləyən istifadəçilər də pakistanlı mühacirlərin həbsindən şikayət və nigarançılıq ediblər.

Daha ətraflı: Orta Asiyada baş verən son hadisələr, 25 Sentyabr 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir