Hərbi Məlumat: Lancet-3 Kamikadze Dronu

Çərşənbə 9 Mart 2022 - 20:59
https://az.iswnews.com/?p=2644

Lancet-3-ün fırlanan təchizatlarına icmal bir baxış; Rusların Kalaşnikov quşu!

“Lancet-3” dronunun təchizatları Rusiyanın “ZALA AERO GROUP” şirkəti tərəfindən hazırlanır. Zala Aero Rusiyada 18 ilə yaxındır (2004-cü ildən) bu sahədə fəaliyyət göstərən pilotsuz uçuş aparatlarının, unikal yüklərin və mobil sistemlərin tərtibatçılarından və istehsalçılarından biridir.

2015-ci ilin yanvarından Zala Aero Qrupu Rusiyanın məşhur silah şirkəti Kalaşnikov-un nəzarətinə keçdi. Beləliklə, Lancet-3 həm də “Uçan Kalaşnikov” kimi tanınır.

Şirkət bu yaxınlarda rəqiblərinin nümunələrinə oxşadaraq Lancet-3 dronunda inkişaflı dəyişikliklər edib. Bu PUA azçəkili üfüqdən kənarda olan hədəfləri aşkar etmək üçün bir müddət uçan və hədəfi aşkar etdikdə ona zərbə endirən nisbətən kiçik bir drondur. Bu dron süni intellektə əsaslanan və ya operator tərəfindən hədəf təsdiqi əsasında öz-özünə hücum əməliyyatınıı həyata keçirilə bilir.

Lancet-3 PUA-nın fəaliyyəti barəsində ZALA AERO GROUP tərəfindən yayımlanan videosu

“Lancet-3” dronu Sionist rejimin Hero dronu ailəsinin quruluşuna əsasən modelləşdirilmiş olduğu görünür. Bu silah hədəfi vurmazdan əvvəl təsdiqləmək imkanı ilə 40 km məsafədə hədəfə hücum imkanı təklif edir. Bu üsulda məlumat bağlantısı vasitəsilə PUA elektro-optik sisteminin təsvirləri təsdiqləndikdən sonra operatora ötürülür. Operator isə hücumun olub-olmamasını seçir.

Bu dronun döyüş başlığı qoruyucusu düşmən şəxsi heyətinin toplanması kimi yumşaq hədəflərə qarşı effektivliyini artırmaq üçün “zərbədən əvvəl” tiplidir. Bu qoruyucu silah hədəfə dəyməzdən əvvəl işə salınır.

Bu PUA-nın istehsalçısının dərc etdiyi məlumata görə, Lancet-3 PUA-ya quraşdırılmış lazer mühafizə cihazı onu devirmək üçün lazer silahlarının hücumlarına effektiv müqavimət göstərə bilir. PUA aerodinamik prinsiplər əsasında sabitliyini və manevr qabiliyyətini artırmaq üçün X formalı ikili quyruq dizaynından istifadə edir. Bu dizayn həmçinin dronun ölçüsünü effektiv şəkildə azaltmağa kömək edib.

Kalaşnikov şirkərinin Lancet-3 PUA-nın reklam videosu

Lancet-3 PUA-nın çəkisi adi şəxs tərəfindən asanlıqla daşına bilən 12 kq-a bərabərdir. Həmçinin bu dronun daşıdığı yükün (döyüş başlığının) maksimum miqdarı 3 kq-dır. Lancet-3 pilotsuz uçan aparatı 80-110 km/saat sürətlə 40 dəqiqə uça bilir.

Bu PUA-nın əvvəlki versiyası olan Lancet-1 PUA-nın çəkisi 5 kq, daşıya biləcəyi yükü 1 kq, uçuş müddəti 30 dəqiqə və daha kiçik ölçüyə malikdir. “Lancet-3” və “Lancet-1” pilotsuz təyyarələrini müqayisə etdikdə, yeni versiyanın daha yaxşı hücum qabiliyyətinə malik olduğunu görmək olar.

Dron xüsusi əməliyyat üçün ən aşağı səs-küy çıxışında işləmək üçün elektrik mühərrikindən istifadə edir. Bu problem ciddi psixoloji təsir göstərir. Mühərrikin növündən və dronun ölçülərindən asılı olaraq Lancet-3 bir relsdən buraxılır və işə başlayır.

Daha çox oxuyun:
Rusiya Suriyada yeni kamikadze PUA-sını sınaqdan keçirdi

Lancet-3 kamikadze dronunun texniki xüsusiyyətləri:
Uzunluq: ~ 1/65 metr
Qanadların uzunluğu: ~ 1 metr
Çəki: 12 kq
Maksimum yük çəkisi: 3 kq
Uçuş müddəti: 40 dəqiqə
Uçuş tavanı: 5000 metr
Sürət: 80-110 km/saat
Zərbə sürəti: 300 km/saat
Mühərrik növü: Elektrik
İstehsalçı: Rusiya

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus dillərində “Lancet-3 Kamikadze Dronu” posterləri toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir