Yəməndə baş verən son hadisələr, 25 Sentyabr 2023

Bazar ertəsi 25 Sentyabr 2023 - 18:31
https://az.iswnews.com/?p=26307

Əl-Qaidə terror qruplaşmasının Şəbvə əyalətində yerləşən Əl-Səid rayonunda Şəbvə Müdafiə Qüvvələrinə qarşı hücumlarının intensivləşməsindən sonra azı 4 nəfər həlak olub, təcili yardım maşını məhv edilib və hərbi bazaya maddi ziyan dəyib.

1- Həzərmut:

  • Sentyabrın 24-də Əl-Şəhr rayonundakı Cənub Keçid Şurasının tərəfdarları istefaya getmiş Həzərmut hökumətinin qubernatoru Məbxut Bin Mazinin Səudiyyə Ərəbistanından Əl-Mukəlla şəhərinə qayıtmasına etiraz edib və ondan çıxmasını tələb ediblər.
  • Sentyabrın 25-də istefa vermiş hökumətin Həzərmut valisi Məbxut Bin Mazi bu vilayətin təhlükəsizlik komitəsinin üzvləri ilə fövqəladə iclasda Əl-Mukəlla şəhərində toplantı və nümayişlərin keçirilməsinə qadağa qoyulduğunu elan etdi.

2- Ədən:

  • Şeyx Osman və Dar Səəd rayonları arasında təhlükəsizlik qüvvələrinin avtomobili yolunda bombanın partlaması nəticəsində Dar Səəd təhlükəsizlik qüvvələrinin başçısı Muslih Əl-Zərhani yaralanıb. Yəmənin cənubundakı yerli mənbələr bu hücumun İslah Partiyasının silahlıları tərəfindən həyata keçirildiyini ehtimal edir.

3- Əbyən:

  • Sentyabrın 24-də Mudia rayonunun Əl-Cələn kəndində Cənub Keçid Şurasının silahlı qüvvələrinin keçdiyi yolda bombanın partlaması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Əbyən əyalətində Mudia rayonunun yeri

4- Şəbvə:

  • Əl-Qaidə silahlıları Əl-Səid rayonunun mərkəzi olan Əl-Musina qəsəbəsində Şəbvə müdafiə qüvvələrini daşıyan təcili yardım maşınına hücum edib. Bu hücum nəticəsində Şəbvə müdafiə qüvvələri və təcili yardım ekipajından 4 nəfər həlak olub.
  • Sentyabrın 25-də Əl-Qaidə silahlıları Əl-Musina qəsəbəsinin ətrafındakı Əl-Qənəə bazasına bir neçə minaatanla hücum etdilər. Bəzi yerli mənbələr bu hücumun “Əl-Qaidə”nin kvadrokopterləri tərəfindən həyata keçirildiyini ehtimal edir. Əl-Səid rayonunda Əl-Qaidə hücumlarının artmasından sonra Şəbvə qubernatoru məktəblərin və ictimai yerlərin bağlanmasına göstəriş verib və həmçinin Əl-Musina ətrafındakı yüksəkliklərdə Əl-Qaidə mövqelərini təmizləmək üçün köməkçi qüvvələr göndərib.
Şəbvə əyalətində Əl-Səid rayonunun yeri

5- Əl-Hudəydə:

  • Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 184 dəfə pozub.
  • Səudiyyə koalisiyasının pilotsuz təyyarələri son 48 saat ərzində Hays rayonu və Muqbina bölgəsini üç dəfə bombalayıb.

6- Səədə:

  • Səudiyyə koalisiyasının Şədda və Mənbəh rayonlarına artilleriya və mərmilər hücumları nəticəsində 4 yəmənli mülki şəxs yaralanıb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir