Taliban hökumətinin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən biri öldürülüb + FOTO

Bazar 24 Sentyabr 2023 - 11:07
https://az.iswnews.com/?p=26251

Sentyabrın 21-də naməlum silahlı şəxslər Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən Şeş Darq məhəlləsində Müdafiə Nazirliyinin qərargahı yaxınlığında Taliban hökumətinin müdafiə nazirinin müavini general Mali Xanın köməkçisi Qari Hecranı qətlə yetiriblər.

Taliban mediası Qari Hecranın ölümünün silah təmizləyərkən səhv atəş nəticəsində baş verdiyini bildirsə də, Əhməd Məsud qüvvələrinin xəbər mənbələri bu şəxsin Kabildəki Mahmud Xan körpüsündə bu qruplaşma silahlıları ilə toqquşmada öldürüldüyünü iddia edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir