Suriyada iki İranlı hərəm müdafiəçisi şəhid oldu

Çərşənbə 9 Mart 2022 - 09:43
https://az.iswnews.com/?p=2624

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, İsrail qırıcılarının Dəməşqin kənarına endirdiyi hava hücumu nəticəsində İnqilab Keşikçiləri Korpusunun iki üzvü şəhid olub.

Bazar ertəsi martın 7-də yerli vaxtla səhər saat 5-də sionist rejim qırıcıları Dəməşqin ətrafındakı bir bölgəni hədəfə alıblar və bu zaman “Polkovnik Ehsan Kərbəlayipur” və “Polkovnik Morteza Səidnejad” adlı iki İranlı şəhid oldular.

İnqilab Keşikçiləri Korpusunun ictimai əlaqələri hərəmi müdafiə edən iki döyüşçünün şəhid olması xəbərini təsdiq edərək vurğulayıblar: Şübhəsiz ki, sionist rejim bu cinayətin əvəzini verəcək.

Qeyd edək ki, sionist rejimin İran qüvvələrinin toplumuna sonuncu hücumu üç il əvvələ və Homs vilayətində yerləşən Tifur hərbi hava limanına (T4) hücuma təsadüf edir. 2018-ci il aprelin 9-da səhər saatlarında baş verən bu hücumda İsrail qırıcıları Livan səmasından Tefur hava limanına bir neçə raket atdılar, bu zaman İnqilab Keşikçiləri Korpusunun yeddi üzvü şəhid olmuşdur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir