İsrailin Dəməşqin ətrafına dron hücumu; İki nəfər şəhid olub + FOTO

Cümə 22 Sentyabr 2023 - 20:43
https://az.iswnews.com/?p=26211

Sionist rejimin Dəməşq ətrafında yerləşən Beyt Cen bölgəsinə hədəfli dron hücumu nəticəsində iki nəfər şəhid olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sentyabrın 21-də sionist rejim dronları Dəməşqin ətrafında yerləşən Beyt Cen kəndi yaxınlığında bir motosikleti hədəfə alıb və bu zaman iki nəfər şəhid olub.

Bununla bağlı bəzi regional medialar İsrail ordusunun Dəməşq ətrafında dron ilə həyata keçirdiyi hücumda Fələstin İslami Cihad hərəkatına bağlı iki nəfərin şəhid olduğunu iddia edib.

Bu xəbərlərin dərcindən sonra İslami Cihad hərəkatının bəzi üzvləri “Əl-Əhd” qəzeti ilə söhbətində bu hərəkatın iki üzvünün Dəməşqin kənarında İsrail dronlarının hücumu nəticəsində şəhid olması xəbərini təkzib edib və bəyan ediblər ki, xəbər doğru deyil.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir