Sistan və Bəlucistan əyalətində İran və Taliban arasında ikinci sərhəd münaqişəsi + Video

Çərşənbə axşamı 8 Mart 2022 - 21:30
https://az.iswnews.com/?p=2605

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Taliban qüvvəyə gələndən indiyədək bu ikinci münaqişədir. Taliban silahlıları Sistan və Bəlucistan əyaləti ilə sərhəddə İran sərhədçiləri ilə qarşıdurmada olublar.

Dünən, martın 7-də günortadan sonra Taliban qüvvələri Nimroz əyalətinin Konq şəhərinin Dərbişk bölgəsində Sıx Sar su kanalı üzərində İran sərhədçiləri ilə qarşıdurmada olub.
Talibanla İran sərhədçiləri arasında toqquşma iranlı işçilərin Sıx Sar kanalını təmizləmələri zaman başlayıb. Hadisə başlayandan sonra iki tərəf arasında yarım saat davam edən atışma olub və nəhayət Əfqanıstanın Nimroz əyalətində Taliban sərhədçisinin əmri ilə münaqişə dayandırılıb.
Tərəflər münaqişənin mümkün itkiləri ilə bağlı təfərrüatları açıqlamayıblar.

Taliban silahlılarının beynəlxalq qanunları bilməmələri və təlimlərinin olmaması həmişə Əfqanıstanın qonşuları, o cümlədən Pakistan, Türkmənistan və İranla münaqişələrə səbəb olub.
Bu, Talibanın İran sərhəd qüvvələri ilə ikinci sərhəd toqquşmasıdır.

Video №1: Taliban silahlılarının İran Sərhəd Qoşunları qüvvələrinə atəş açmaları
Video № 2: İran Sərhəd Qoşunları qüvvələrinə Talibanın hücumu
Video № 3: İran Sərhəd Qoşunları qüvvələrinə Talibanın hücumu


Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir