Ənsarullah Səudiyyə koalisiyasının 15-ci Scan Eagle PUA-nı məhv etdi!

Çərşənbə axşamı, 8 Mart 2022 - 20:36
https://az.iswnews.com/?p=2591

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Ənsarullah hava hücumundan müdafiə qüvvələri Səudiyyə Ərəbistanına məxsus “Scan Eagle” PUA-nı Həccə əyalətinin şimalında yerləşən Hərəz səmasında məhv edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə, pilotsuz təyyarə bu gün 2022-ci il martın 8-də səhər saatlarında, Hərəz şəhəri səmasında vurulub.
Bu pilotsuz təyyarə Yəmən müharibəsi zamanı Ənsarullah tərəfindən vurulan ABŞ istehsalı olan 15-ci “Scan Eagle” casus PUA-sıdır.

Ümum Yəmən müharibəsi başlamasından indiyədək bu tipli PUA-nın vurulma tarixləri:

  • Birinci 2021-ci il iyunun 19-da Mərib vilayətinin qərbindəki Əl-Məşcəh yüksəkliklərində
  • İkinci 2021-ci il iyunun 22-də Mərib vilayətinin qərbindəki Əl-Məşcəh yüksəkliklərində
  • Üçüncü 2021-ci il avqustun 14-də Mərib vilayətinin Mədğəl şəhərində
  • Dördüncü 2021-ci il sentyabrın 27-də Mərib vilayətinin Mədğəl şəhərində
  • Beşincisi 2021-ci il noyabrın 9-da Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Altıncısı 2021-ci il noyabrın 13-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Yeddinci 2021-ci il dekabrın 4-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Səkkizinci 2021-ci il dekabrın 8-də Mərib vilayətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • Doqquzuncu 2021-ci il dekabrın 10-da Mərib vilayətinin qərbindəki Sərvah şəhərində
  • Onuncu 2021-ci il dekabrın 16-da Mərib vilayətində Vadi şəhərində
  • On birinci 2021-ci il dekabrın 24-də Əl-Cəvf vilayətində Əl-Yətmə qəsəbəsində
  • On ikinci 2022-ci il yanvarın 29-da Mərib əyalətinin cənubdakı Əl-Cəvbə şəhərində
  • On üçüncü 2022-ci il fevralın 25-də Mərib əyalətinin cənubundakı Əl-Cəvbə şəhərində
  • On dördüncü 2022-ci il fevralın 28-də Həccə əyalətinin Hərəz şəhəri

Daha çox oxuyun:
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.