İran silahlı qüvvələrinin ölkənin qərbindəki hərəkətləri artıb

Çərşənbə 13 Sentyabr 2023 - 18:42
https://az.iswnews.com/?p=25872

İran Silahlı Qüvvələrinin İraqın Kürdüstan bölgəsində yerləşən silahlı qruplaşmalara qarşı əməliyyatlarının başlamasına az qaldığı zaman ilə eyni vaxtda kiberməkanda yayımlanan videolar İranın qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun hərəkətlərinin artdığını göstərir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Əməliyyatlar üzrə müavini Sərdar Abbas Nilfuruşan İran mediasına müsahibəsində İraq hökumətinin 19 sentyabr tarixində İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarını tərksilah etmək üçün verdiyi müddətin başa çatacağını vurğulayıb.

Bununla bağlı yerli istifadəçilərin virtual məkanda yaydıqları videolarda İran silahlı qüvvələrinin bir sıra qüvvə və texnikasının ölkənin qərbində yerləşən Mərivan, Səlmas və bir sıra digər şəhərlərə köçürülməsi və hərbi əməliyyatların başlanması üçün aparıldığı göstərilir.

Mümkün olsa da, İraqın xarici işlər naziri Fuad Hüseynin İrana bugünkü səfəri zamanı İraqın Kürdüstan bölgəsində yerləşən antiinqilabçı qrupların ölkədən çıxarılması ilə bağlı Tehranın Bağdada verdiyi müddətin uzadılması məsələsi gündəmə gətirilib və İran silahlı qüvvələri bu əməliyyatın başlanmasını təxirə salacaq, amma digər tərəfdən İran hərbçilərinin hərəkətləri onu göstərir ki, İraq Kürdüstanında inqilab əleyhdarı silahlı qruplaşmalara qarşı əməliyyatların başlaması üçün saylı vaxtlar qalıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir