Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təlimlərinin başlanması

Çərşənbə 13 Sentyabr 2023 - 06:25
https://az.iswnews.com/?p=25850

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu ölkənin Hərbi Hava Qüvvələrinin təliminə başladığını elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların təlimlərinə başladığını elan edən bəyanat yayıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin pilotları havaya qalxma, eniş, aşağı və orta hündürlükdə manevrlər, ehtimal olunan əvvəlcədən müəyyən edilmiş düşmənin yerüstü hədəflərinin koordinatlarının müəyyən edilməsi və havadan kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib ki, bu təlimlər pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin təlimi tərəflərin son fəaliyyətləri və addımları nəticəsində Bakı ilə İrəvan arasında gərginliyin xeyli artdığı bir vaxtda başlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir