Qəzzada “Əl-Rukn Əl-Şədid 4” təlimi başlanıb + VİDEO və FOTO

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 18:45
https://az.iswnews.com/?p=25811

Fələstin müqavimət qruplarının müştərək əməliyyat otağı Qəzzada “Əl-Rukn Əl-Şədid 4” adlı təlimin başladığını elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin müqavimət qrupları sentyabrın 12-də “Əl-Rukn Əl-Şədid 4” adlı ümummilli və birgə hərbi təlimlərinə raket zərbələri ilə başlayıb. Bu hərbi təlim İsrail işğalının Qəzza zolağından çıxarılmasının ildönümü münasibətilə keçirilir.

İstənilən fövqəladə vəziyyətdə müqavimətin reaksiya sürətinin ölçülməsi, döyüşçülərin əməliyyatlara və düşmən təcavüzünə qarşı hazırlığının yoxlanılması məqsədi ilə “Əl-Rukn Əl-Şədid 4” təliminə start verilib.

Bununla bağlı HƏMAS İslami müqavimət hərəkatının sözçüsü Hazim Qasim vurğulayıb: “Əl-Rukn Əl-Şədid 4” təlimi sionist rejimin Fələstin xalqına hücum və təcavüz təhdidlərinin heç vaxt baş tutmayacağı məsələsinə vurğudur. Eyni zamanda bu təlim, Müqavimət Cəbhəsinin Fələstin xalqının İordan Çayının Qərb Sahilindəki mübarizələrini himayə etməsi anlamındadır.

“Əl-Rukn Əl-Şədid 4” təliminin başlama anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir