İsrailin Müdafiə Naziri: İran Livanın cənubunda hava limanı tikir! + FOTO

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 15:22
https://az.iswnews.com/?p=25799

Sionist rejimin müharibə naziri iddia edib ki, İran İsrail rejiminə hücum etmək üçün Livanın cənubunda hava limanı tikir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin müdafiə naziri Yoaf Qallant Reyxman Universitetində Terrorla Mübarizə Siyasəti Mərkəzinin iclasında iddia edib ki, İran Livanın cənubunda işğal olunmuş Fələstin sərhədindən 20 kilometr məsafə uzaqda hava limanı tikir.

O, bildirib ki, İran İsrailə hücum etmək üçün Livanın cənubunda hava limanı yaradıb. Münaqişə mərhələsinə çatsaq, sarsıdıcı gücdən istifadə etməkdən çəkinməyəcəyik və Hizbullah və Livan bunun ağır və ağrılı bədəlini ödəyəcək.

İsrailin müharibə naziri daha sonra deyib: “İran hazırda İsrail, regional sabitlik və dünya nizamı üçün ən böyük təhdiddir və o, hərbi nüvə qüdrətinə nail olmaq üçün çox çalışır və bu məqsədə həmişəkindən daha yaxındır. Yaxın Şərqdə baş verən proseslərin kölgəsində İran coğrafi və ideoloji baxımdan bölgəyə hakimlik edir. İranın məqsədi İsrailə qarşı yıxılma müharibəsi yaratmaq və eyni zamanda nüvə silahı əldə etməyə çalışmaqdır və bu səylər ətrafımızdakı bütün dövlətlərin ziyanınadır.

Bu sözlər sentyabrın 10-da Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea Reichman Universitetində keçirilən konfransda İran rəsmilərini öldürməklə hədələyərkən səslənib.

Daha çox oxuyun: Mossad rəhbəri tərəfindən İran rəsmilərinə sui-qəsd təhdidi! + FOTO

Livanın cənubundakı iddia edilən Əl-Cəbur bazası
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir