“Neft və qazın bahalaşmasının səbəbi Avropanın enerji siyasətinin uğursuzluğudur.” – Aleksandr Novak

Çərşənbə axşamı, 8 Mart 2022 - 16:11
https://az.iswnews.com/?p=2576

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Rusiya Federasiyası Baş Nazirin müavini Aleksandr Novak Avropada qazın qiymətinin rekord dərəcədə artması barədə müsahibə verib.

Rusiya Federasiyası Baş Nazirin müavini Aleksandr Novak Avropada qazın qiymətinin rekord dərəcədə artması və Rusiyadan neft ixracına qadağa qoyulması təkliflərini şərh edib:

  • Neft və qazın Avropada bahalaşmasına Rusiya təhrik etməyib, buna Avropanın enerji siyasətinin uğursuzluğu səbəb olub.
  • Rusiya həm qaz, həm də neft məhsullarının Avropaya tədarükü ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Ukrayna ərazisindən tranzitlə bağlı müqavilə 100% yerinə yetirilib.
  • Rusiyadan tədarüklərə mümkün embarqo ilə bağlı bəyanatlar bazarı daha da qızışdırır, qeyri-müəyyənliklər yaradır və istehlakçılara ciddi ziyan vurur.
  • Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, qiymətlərin bir barel üçün 300 dollara və ya daha çox artmasına səbəb olacaq. Rusiya neftini tez bir zamanda əvəz etmək mümkün olmayacaq, buna bir ildən çox vaxt lazım olacaq və mümkün ziyanları avropalı istehlakçılar məcbur olub ödəyəcəklər.
  • Rusiyanın “Şimal axını 2” müqaviləsinin dondurulmasına cavab olaraq “Şimal axını 1” müqaviləsindən qaz ixracatını dayandırmaq hüququ var, lakin bunu etmir.
  • Rusiya Avropanın Rusiyanın enerji resurslarından imtinasına hazırdır. Rusiyanın öz təchizatlarını hara yönləndirməsi barədə alternativləri var.
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.