Müqavimət qüvvələri Cenin şəhəri yaxınlığındakı sionist qəsəbəsinə raket zərbələri endirib + VİDEO

Bazar ertəsi 11 Sentyabr 2023 - 10:02
https://az.iswnews.com/?p=25755

Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib Əl-Qəssam Cenindən sionistlərin Ramon qəsəbəsinə doğru atılan raketin videosunu yayımlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib Əl-Qəssamla əlaqəsi olan Kətibə Əyyaş dünən 10 sentyabr tarixində Cenindən sionistlərin yaşadığı “Ramon” qəsəbəsinə doğru raket atışının videosunu yayımlayıb.

Qeyd edək ki, bu, Cenindən sionist yaşayış məntəqələrinə dördüncü raket hücumudur. Bundan əvvəl, iyulun 27-də Kətibə Əyyaş sionistlərin “Ramon” qəsəbəsini raket hücumu ilə hədəfə almışdır.

Kətibə Əyyaş tərəfindən yayımlanan video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir