Rusiyadan neft idxalını boykot etməkdə ABŞ-ın birtərəfli addım atması ehtimal olunur

Çərşənbə axşamı, 8 Mart 2022 - 15:45
https://az.iswnews.com/?p=2573

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Məlumatlı mənbələr Rusiyadan neft idxalına qoyulan embarqoda ABŞ-ın müttəfiqlərinin dəstək verməməsi səbəbindən Vaşinqtonun təkbaşına bunu etməyə məcbur ola biləcəyini bildirir.

Bəzi ölkələr ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına əməl etməyi və ya enerji sektoruna qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirdiklərini bildirsələr də, hazırda Vaşinqtonun Rusiyadan neft idxalına qarşı sanksiyaları təkbaşına həyata keçirə biləcəyi deyilir.

İki məlumatlı mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, ABŞ Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını nəzərə alaraq, avropalı müttəfiqlərinin iştirakı olmadan Rusiya neftinin idxalını qadağan etmək istəyir.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.