“Nur 2” peyki orbitə uğurla çatıb

Çərşənbə axşamı 8 Mart 2022 - 12:42
https://az.iswnews.com/?p=2565

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Şəbaniyyə bayramları ilə eyni vaxtda İnqilab Keşikçiləri korpusunun ( Sepah ) Hərbi Hava Qüvvələri, Şahrud səhrasından “Nur 2” peykini yerin 500 kilometrlik orbitinə yerləşdirib.

Bu peykin əsas missiyası test və kəşfiyyatdır. “Nur 2” peyki buraxılışdan sonra saniyədə 7,6 ​​km sürətlə 480 saniyəyə 500 km orbitə yerləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun ilk peyki 21 ay əvvəl, “Nur 1” peyki olaraq orbitə buraxılıb. Bir illik ömür sürəcəyinin proqnozlaşdırılmasına baxmayaraq, “Nur 1” peyki hələ də çalışır və məlumatlarını Yerə ötürür.

İslam İnqilabı Keşikçiləri Korpusunun verdiyi xəbərə görə, yeni peyk və strateji nailiyyətləri barədə əlavə məlumat daha sonra veriləcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir