Səudiyyə koalisiyası tərəfindən körpə balaların qətliamı davam edir + FOTO
Səudiyyə koalisiyasının Yəmənin Təiz əyalətinin Muqbinə rayonunda yəmənli mülki əhalinin evinə dron hücumu nəticəsində ikisi uşaq olmaqla 3 nəfər şəhid olub, 8-i qadın, 4-ü uşaq olmaqla 14 nəfər yaralanıb.
Təizdəki insan haqları idarəsi bu cinayəti qınayıb və bunu Səudiyyə koalisiyası muzdlularının bu vilayətdə törətdiyi cinayətlər silsiləsi kimi qiymətləndirib.
2022-ci ilin aprelindən etibarən Yəmən cəbhələrində atəşkəs razılaşmasına baxmayaraq, Əl-Hudəydə və Təiz vilayətlərinin cənub cəbhələri Səudiyyə koalisiya qüvvələrinin atəşkəsi pozması və hücumlarına məruz qalır. Həmçinin Səədə vilayətinin şimalında yerləşən Mənbih və Şədda rayonlarının sərhəd kəndlərinin səudiyyəlilər tərəfindən artilleriya hücumları və atəşə tutulması gündəlik vərdişə çevrilib və onlarla yəmənli mülki şəxsin şəhid olması və yaralanmasına səbəb olub.
Rəy