Siracuddin Həqqani: Pakistanın daxili problemlərinin Talibanla heç bir əlaqəsi yoxdur
Taliban hökumətinin daxili işlər naziri Siracuddin Həqqani Ərzəqan vilayətində keçirdiyi görüşdə Pakistanın Talibana qarşı son ittihamlarını tənqid edərkən, bu ölkədə baş verən son hadisələri öz daxili problemi hesab edib və bildirib ki, pakistanlılar bu problemləri özləri həll etməlidirlər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bu yaxınlarda Taliban hökumətinin daxili işlər naziri Siracuddin Həqqani Ərzəqan əyalətinin mərkəzi Trinkot şəhərində yerli ağsaqqallar, din alimləri və yerli rəsmilər ilə görüşü zamanı deyib: “Pakistanda baş verən son hadisələr bu ölkənin daxili problemidir və pakistanlılar bu problemləri özləri həll etməlidirlər, çünki Pakistan hökumətinin Taliban hökuməti ilə heç bir problemi yoxdur”.
Talibanın daxili işlər naziri Pakistanın daxili problemlərinin onlarla heç bir əlaqəsi olmadığını eyham edib və bildirib ki, əgər Pakistan güc tətbiq etmək istəsə, hər iki ölkənin vətəndaşları zərər görəcək və birgə olan mənafelərə ziyan dəyəcək.
Siracuddin Həqqani bu görüşdə Pakistan hökuməti ilə Təhrik-e-Taliban Pakistan (TTP) arasında aparılan danışıqlarla bağlı bildirib ki, iki tərəf arasında danışıqlar hər şeyin bitmək üzrə olduğu bir mərhələyə çatmışdır, lakin Pakistandakı siyasi dəyişikliklərdən sonra, bu ölkədə hərbi rəhbərlik də dəyişdi və yeni strategiyaya sahib olan yeni insanlar hakimiyyətə gəldi və sülh danışıqlarını nəticəsiz etdilər. İndi Pakistanın daxilindəki problemlərə görə Əfqanıstanı günahlandırırlar, lakin Əfqanıstan istəyir ki, Pakistanın bu daxili problemləri onların özləri vasitəsi ilə həll olunsun.
Taliban hökumətinin Pakistan hökumət rəsmilərinin Əfqanıstanda terror qruplarından istifadə etməsi və əfqanlar tərəfindən Pakistanda terror aktları törətməsi və Pakistan ordusunun Əfqanıstanın şərqində iki hava hücumu həyata keçirməsi ilə bağlı müxtəlif tənqidlərindən sonra bu, Kabildə Pakistan hökuməti ilə Təhrik-e-Taliban Pakistan (TTP) arasında sülh danışıqlarının əsas vasitəçisi olan Siracuddin Həqqani ilk dəfə Pakistanı tənqid edib və dolayısı ilə Pakistan hökumətinə xəbərdarlıq edib.
Rəy