Milley: Amerikanın Qərbi Asiyadan çıxması ağlasığmazdır!

Şənbə 26 Avqust 2023 - 18:41
https://az.iswnews.com/?p=25630

Amerika Terror Ordusunun Birgə Qərargahının rəhbəri Mark Milley İordaniya telekanallarından birinə verdiyi müsahibədə Qərbi Asiyanın ABŞ üçün çox önəmli olduğunu və ABŞ-ın bu bölgədən çıxarılmasının ağlasığmaz olduğunu bildirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika Terror Ordusunun Birgə Qərargahının rəhbəri Mark Milley avqustun 24-də İordaniyanın Əl-Məmləkə kanalına müsahibəsində deyib: “İordaniya Amerikanın Qərbi Asiyadakı ən yaxın müttəfiqlərindən biridir. İordaniya ABŞ-ın Yaxın Şərqdəki ən yaxşı dostlarından biridir və İordaniya ilə ABŞ arasında hərbi əlaqələr çox güclüdür. İordaniya silahlı qüvvələri peşəkar və səriştəlidir və Amerika ordusu İordaniya silahlı qüvvələrinə təlim və məsləhət xidmətləri, eləcə də hərbi texnika verir”.

O, bu müsahibənin davamında Qərbi Asiya regionunun Amerika üçün çox önəmli olduğunu və Amerikanın bölgəni tərk edəcəyini təsəvvür etmək mümkün olmadığını və bunun heç vaxt baş verməyəcəyini bildirdi.

Milley həmçinin bildirib: “Qərbi Asiyada Amerika qüvvələrinin sayı təhdidlərin ölçüsü və növündən asılı olaraq artır və ya azalır. Xilafətinin sona çatmasına baxmayaraq İŞİD və onun ideologiyası aradan getməyib və hələ də Suriya səhrasında və müəyyən qədər İraqda dolaşan bəzi terrorçular var və bu, İordaniya üçün təhlükədir”.

Amerika Terror Ordusunun Birgə Qərargahının rəhbəri Mark Milley iddia edib ki, Amerika ordusu bir dəfəlik bölgədən çıxarsa, terrorçular dirçələcək və yenidən güclənəcək.

Xatırladaq ki, avqustun 23-də Mark Milley İordaniyanın paytaxtı Əmmana səfəri zamanı bu ölkənin kralı II Abdullahla görüşüb və bəzi məsələləri müzakirə edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir