Rusiyanın İdlibə endirdiyi hava zərbəsi nəticəsində Təhrir Əş-Şamın 17 üzvü öldürülüb

Çərşənbə 23 Avqust 2023 - 19:15
https://az.iswnews.com/?p=25598

Suriyadakı Rusiya Barışıq Mərkəzinin rəis müavini Rusiya qırıcı təyyarələrinin Suriyanın İdlib əyalətinin müxtəlif bölgələrinə hücumu nəticəsində Təhrir Əş-Şam terrorçularının 17 üzvünün həlak olduğunu açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Rusiyanın Suriyadakı barışıq mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit avqustun 23-də keçirdiyi mətbuat konfransında rus qırıcılarının İdlib vilayətində Təhrir Əş-Şam terrorçularının mövqelərini hədəfə aldığını açıqlayıb.

Kulit bildirib ki, bu qərargahlardan biri Latakiya vilayətində Suriya vətəndaşlarına, eləcə də hərbi qüvvələrə qarşı cinayətkar hücumlar həyata keçirmək üçün istifadə edilib.

Suriyadakı Rusiya Barışıq Mərkəzinin rəis müavininin açıqlamasına görə, bu hücumlar nəticəsində Təhrir Əş-Şam terrorçularının 17 üzvü, o cümlədən bir neçə cəbhə komandiri və Suriya hərbçilərinə qarşı hücumların planlaşdırılması və icrasında əli olanlar Latakiya əyalətində öldürüldü.

Daha çox oxuyun: Rusiya qırıcıları İdlibə hücum edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir