Suriyanın şərqində SDQ qüvvələri tərəfindən İŞİD-in cəbhə komandiri həbs edilib

Bazar ertəsi 21 Avqust 2023 - 22:11
https://az.iswnews.com/?p=25540

İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən biri Suriya Demokratik Qüvvələrinin Deyr əz-Zor vilayətindəki xüsusi təyinatlı dəstəsi tərəfindən həbs edilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya Demokratik Qüvvələri (SDQ) avqustun 20-də Deyr əz-Zor vilayətinin bəzi bölgələrində əməliyyata başlayıb.

Suriya Demokratik Qüvvələrinin media mərkəzi SDQ-nin xüsusi bölmələrinin Əl-Əzbə kəndində keçirdiyi əməliyyat zamanı İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən birini həbs etdiyini açıqlayıb. Bu İŞİD lideri silahların Əl-Hul düşərgəsinə ötürülməsində mühüm rol oynayıb və həmçinin Həsəkə əyalətində yerləşən Rəəs Əl-Eyn şəhərində bu terror qruplaşmasının digər ünsürləri ilə əlaqədə olub. Həmçinin bu əməliyyatda bəzi silah-sursat və bəzi saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

SDQ-yə yaxın medianın məlumatına görə, bu əməliyyat Amerika koalisiyasının hava dəstəyi ilə həyata keçirilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir