İordan çayının qərb sahilində anti-İsrail əməliyyatı; Bir sionist öldürüldü

Bazar ertəsi 21 Avqust 2023 - 18:40
https://az.iswnews.com/?p=25537

Naməlum silahlı şəxslərin İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində bir qrup sionistə atəş açması nəticəsində ən azı bir sionist həlak olub, dörd nəfər yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, naməlum silahlı şəxslər avqustun 21-də Əl-Xəlil şəhərində bir qrup sionist mühaciri güllələyiblər. Bu əməliyyat zamanı azı bir sionist həlak olub, daha dörd nəfər isə yaralanıb.

İsrail mediası Əl-Xəlilin cənubunda atışmanın avtomobilin içərisindən aparıldığını və əməliyyatçıların hadisə yerindən qaçdığını açıqlayıb. Sionist rejim ordusu bu şəhərin cənubunda baş verən atışma əməliyyatının səbəbkarlarını tapmaq üçün Əl-Xəlil şəhəri ətrafında öz qüvvələrini hazır vəziyyətə gətirib və ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

Həmçinin ivrit dilli “Walla” xəbər kanalının müxbiri Əmir Buxbut elan edib ki, sionist rejim ordusunun İordan çayının qərb sahili briqadasının komandiri növbəti atışma əməliyyatının qarşısını almaq üçün bu rejim qüvvələrinin Əl-Xəlil şəhəri ətrafında yerləşdirilməsinə göstəriş verib.

Bu əməliyyatdan sonra HƏMAS İslami müqavimət hərəkatının sözçüsü Hazim Qasim Əl-Xəlildə atəş açanları təbrik edərkən vurğulayıb ki, Fələstin qəhrəmanının İordan çayının qərb sahilindəki müqaviməti növbəti dəfə düşmənə güclü zərbə vurub və işğalçı düşməni İordan çayının qərb sahili şimalında problemlə üzləşdirdi və bu gün bu bölgənin (Əl-Xəlil) cənubunda onlara meydan oxudu.

İslami Cihad hərəkatı da bugünkü Əl-Xəlil şəhərindəki atışma əməliyyatını sionist düşmənə xəbərdarlıq mesajı kimi qiymətləndirib ki, onları daha çətin günlər gözləyir və Fələstin müqaviməti hər an meydanda hazırdır.

Qeyd edək ki, avqustun 19-da iki fələstinli gənc İordan çayının qərb sahilinin şimalında yerləşən Havara bölgəsində bir sıra sionistləri hədəfə almış və bu əməliyyat zamanı iki sionist öldürülmüşdür.

Daha çox oxuyun: İordan çayının qərb sahilində anti-İsrail əməliyyatı; İki sionist öldürüldü + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir