İordan çayının qərb sahilində anti-İsrail əməliyyatı; İki sionist öldürüldü + VİDEO

Bazar 20 Avqust 2023 - 06:27
https://az.iswnews.com/?p=25478

İordan çayının qərb sahilinin şimalında iki fələstinli gəncin bir sıra sionistə atəş açması nəticəsində iki sionist həlak olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 19-da iki fələstinli gənc İordan çayının qərb sahilinin şimalında yerləşən Havara bölgəsində bir neçə sionisti hədəfə alıb və bu əməliyyat zamanı iki sionist öldürülüb.

Sionist ordunun sözçüsü hadisədən bir neçə dəqiqə sonra Havara əməliyyatının yaxşı planlaşdırılmış əməliyyat olduğunu və çox yaxın məsafədən həyata keçirildiyini və əməliyyatçıların yoxa çıxdığını açıqlayıb.

Bununla bağlı Kan İvrit kanalı Havarada atışma əməliyyatının biri sürücü, digəri isə güllə yarası alan iki fələstinli tərəfindən həyata keçirildiyini, ordu və Şabak qüvvələrinin hazırda onların avtomobilini təqib etdiyini açıqlayıb.

Həmçinin, ivrit dilində nəşr olunan “İsrael Elium” qəzeti də elan edib ki, ilkin araşdırmaya görə, Havara əməliyyatının icraçısı özünü piyada avtoyuma məntəqəsinə çatdırıb və iki israillinin kimliyinə əmin olduqdan sonra onlara atəş açıb sonra Havara küçələrinə doğru qaçıb.

Bu əməliyyatdan sonra HƏMAS İslami müqavimət hərəkatı Nablusun cənubundakı Havarada iki sionistin ölümü ilə nəticələnən atışma əməliyyatını təbrik edib.

Fələstin İslami Cihad hərəkatının sözçüsü Tarik Səlmi də bu əməliyyatı sionist düşmənə cavab tədbirləri ilə uyğun hesab edib və vurğulayıb: “Müqavimət İsrailin siyasətləri ilə qarşı-qarşıya qalacaq və Fələstin torpaqlarının azad edilməsi uğrunda mübarizəyə davam edəcək”.

Xatırladaq ki, avqustun 5-də bir fələstinli gənc Təl-Əviv şəhərində bir qrup sionisti güllələyib və bu zaman ən azı üç sionist yaralanmışdır.

Daha çox oxuyun: Təl-Əvivdə anti-İsrail əməliyyatı; Bir sionist öldürüldü + FOTO və VİDEO

Anti-İsrail əməliyyatının keçirildiyi anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir