İsrail dronları İran sərhədindən 125 km məsafədə yerləşdirilib! + FOTO

Şənbə 19 Avqust 2023 - 09:30
https://az.iswnews.com/?p=25457

Peyk görüntülərinin müşahidəsi göstərir ki, bir neçə İsrail dronu Yevlax rayonu hava limanında, İran sərhədindən 125 km aralıda yerləşdirilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Yevlax rayon hava limanında yerləşən hərbi bazanın peykdən (mart ayına aid) çəkilişində ən azı bir İsrail Hermes-450 və üç Hermes-900 dronunun bu bazada yerləşdirildiyi göstərilir.

Bu bazanın son həftələrdə qeydə alınmış son peyk görüntüləri göstərir ki, hələ də bu bazada ən azı bir Hermes-450 və bir Hermes-900 dronu yerləşdirilib. Qeyd edək ki, bu baza Bakı şəhərindən 265 kilometr qərbdə yerləşir və İran sərhədlərinə (Parsabad) məsafəsi təqribən 125 kilometrdir!

Yevlax rayon hava limanından İran sərhədinə qədər olan məsafə (Parsabad)

Qeyd edək ki, Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq son bir neçə ildə, xüsusən də son iki ildə xeyli artıb və Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri İsrail hərbi təchizatlarının Ermənistana qarşı müharibədə mühüm rol oynadığını təsdiqləyiblər.

Bakıda israillilərin fəaliyyətlərinin artmasından sonra İran hakimiyyəti İsrail rejiminin Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyinə təhdid halına gətirmək kimi mənfur niyyətləri barədə Azərbaycana bir neçə dəfə xəbərdarlıq edib. Lakin Azərbaycan hakimiyyəti bu xəbərdarlıqlara məhəl qoymayaraq həmişəkindən daha çox müxtəlif sahələrdə, xüsusən də siyasi, təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq etməyə davam edir. Bu məsələlər İran İslam Respublikası üçün ciddi təhlükə hesab olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir