İsrailin ən böyük sursat müqaviləsi; Almaniyaya Arrow-3 sisteminin satışı!
Sionist rejimin Müdafiə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Arrow-3 müdafiə sisteminin Almaniyaya satışı ilə əlaqədar razılıq verdiyini bildirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 17-də İsrail Müdafiə Nazirliyi Amerikanın Almaniyaya 3,5 milyard dollar dəyərində Arrow-3 müdafiə sisteminin satışı ilə razılıq verdiyi barədə məlumat yayımlayıb.
Bir müddət əvvəl ivritdilli medialar Almaniya parlamentinin sionist rejimdən bu raket müdafiə sisteminin alınması ilə bağlı müqaviləyə razılıq verdiyini açıqlamışdı. 600 milyon avronun sionist ordusuna avans olaraq ödənilməsinə qərar verilib. Beləliklə “Arrow-3” raket müdafiə sisteminin istehsalı və xidmətə verilməsi üzrə müqavilə həyata keçirilir.
Qeyd edək ki, bu, sionist rejimin ən böyük silah müqaviləsidir. Bu silah müqaviləsinin həyata keçirilməsi Vaşinqtonun təsdiqini tələb edirdi, çünki İsrailin bu silah sistemi ABŞ-ın maliyyə yardımına arxalanaraq təkmilləşdirilir.
“Arrow-3” raketi İsrail rejimi və Amerika Birləşmiş Ştatları tərəfindən birgə işlənib hazırlanmış və istehsal edilmiş ekzoatmosferik hipersəs əleyhinə ballistik raketdir. Layihə İsrail Müdafiə Nazirliyi və ABŞ-ın Raketdən Müdafiə Agentliyinin nəzarəti altında “İsrail Aerospace Industries” və “Boeing” şirkəti tərəfindən həyata keçirilir.
Rəy