Müqavimət cəbhəsi ilə mübarizə etmək üçün Amerika tərəfindən Burkan Əl-Furat qruplaşmasının yaradılması; Amerika suriyalı qəbilələri regionda öz piyadalarına çevirmək niyyətindədir?

Çərşənbə axşamı 15 Avqust 2023 - 20:41
https://az.iswnews.com/?p=25422

Suriya terrorçularına yaxın mənbələr Amerika koalisiyasının dəstəyi ilə Suriya ordusunun Deyr əz-Zor əyalətindəki konvoylarına və müqavimət cəbhəsinin mövqelərinə hücum etmək üçün “Burkan Əl-Furat” adlı qruplaşmanın yaradıldığını açıqlayıb. Bu xəbərin Amerikanın Suriyada hərbi hərəkətlərinin artması və bəzi suriyalı qəbilələrlə görüşləri ilə eyni vaxtda dərc olunması bəzi fərziyyələri gücləndirir; Amerika suriyalı qəbilələri regionda öz piyadalarına çevirmək niyyətindədir?

Amerikanın İraq və Suriyada quru və hava hərəkatının artması ilə eyni vaxtda iyul ayında Amerika koalisiyası və Suriyanın Ceyş Əl-Hurra (keçmiş Məqavir Əs-Səvrə) terrorçuları ağsaqqallarının iştirakı ilə toplantı keçirdilər. Suriyanın cənubunda yerləşən Ət-Tənəf bazasında Homs və Suriya səhrası qəbilələri iştirak etmişdilər. Bu görüşün məzmunu hələ dərc olunmayıb, lakin amerikalı komandirlərin bu görüşdə bəzi məsələlər, o cümlədən Suriya hökumətinə müxalifət və müqavimət cəbhəsinə qarşı nümayişləri ilə bağlı planlar təqdim etdikləri bildirilir. Bu görüşdən sonra bəzi mənbələr Suriyanın şərqində müqavimət cəbhəsinə qarşı bir sıra suriyalı qəbilələrin qurudan hücuma hazır olduqlarını açıqlayıb.

Müqavimət qüvvələrinin hərəkətləri artdıqdan sonra mövqelərinin hədəfə alınacağından qorxan Amerika koalisiyası Əl-Sənadid qüvvələrini (SDQ-nin komandanlığı altında olan və Amerika koalisiyası tərəfindən dəstəklənən Şamar qəbiləsinin gəncləri) Koniko qaz qurğuları və Deyr əz-Zorun şimalındakı kəndlər ətrafında yerləşdirdi.

Bir az sonra yerli media İraq və Suriyada Amerika konvoylarına qarşı edilənlərə bənzər Deyr əz-Zor əyalətində müqavimət cəbhəsinə aid bir konvoyun hədəf alındığını bildirdi. Hücumdan bir neçə dəqiqə sonra yeni qurulan “Burkan Əl-Furat” dəstəsi bəyanat yayımlayaraq bu hücumun məsuliyyətini öz üzərinə götürdü və bu hücumda müqavimət qüvvələrindən birinin şəhid olduğunu iddia etdi.

Burkan Əl-Furat dəstəsinə aid edilən video

Burkan Əl-Furatın komandiri, sayı və məqsədləri haqqında daha ətraflı məlumat verilməyib, lakin yerli mənbələrə görə, bu qruplaşma Amerika koalisiyasının dəstəyi ilə yaradılıb və bu qruplaşmanın missiyası Deyr əz-Zor əyalətindəki Suriya ordusunun konvoylarına və müqavimət mövqelərinə hücum etməkdir.

Əgər bu məsələ, eləcə də Amerika koalisiyasının istəklərinə uyğun suriyalı köçərilərin səfərbərliyinin davam etdirilməsi və onların Suriyanın mərkəzi hökumətinə və müqavimət cəbhəsinə qarşı qızışdırılması doğrudursa, bəzi suriyalı köçəri və qəbilələrin Amerikanın bölgədəki piyadalarına çevrilməsi fərziyyəsi ilə bağlı fikirlər daha çox önə çıxacaq.

Görünür, amerikalılar Suriya qəbilələrinə sərmayə qoymaqla və kiçik yerli qruplara dəstək verməklə əvvəllər onlara qarşı, indi isə Suriyanın şərq bölgələrində Suriya ordusunun mövqeləri və karvanlarına və müqavimət cəbhəsinə qarşı, xüsusən də Suriyada hərbi əməliyyatlar aparan partizan döyüşlərini kopyalamağa çalışırlar. İndiyədək müqavimətin hərbi karvanına ən azı bir partizan hücumu olub. Amerikalıların Suriya qəbilələrinə hərbi dəstəyinin səbəbi nədir və bu dəstəyin nə dərəcədə və nə qədər davam edəcəyini zaman göstərəcək!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir