Suriyadakı Amerika bazalarına hücumun məsuliyyətini Suriyalı dəstə öz üzərinə götürdü! + FOTO

Bazar 13 Avqust 2023 - 21:09
https://az.iswnews.com/?p=25412

“Əl-Muqavəmə Əş-Şəbiyyə Fi Əl-Məntəqə Əş-Şərqiyyə” dəstəsi bəyanat dərc edərək, Suriyanın şərqində Amerika koalisiyasının üç bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 12-də Amerika koalisiyasının dəstəyi ilə “Burkan Əl-Furat” adlı yeni qruplaşma yaradılması xəbəri yayımlandı. Yaradılışdan məqsəd Deyr əz-Zor əyalətindəki Suriya ordusu və müqavimət cəbhəsinin mövqelərinə hücum olduğu bildirilib. Cəmi bir neçə saat sonra, Amerika koalisiyasının Deyr əz-Zor əyalətində yerləşən Koniko qaz qurğuları və Əl-Ömər neft yatağı, həmçinin Həsəkə əyalətindəki Əş-Şəddadi bölgəsindəki bazaları raket hücumlarına məruz qalıb.

Bu hücumlardan sonra “Əl-Muqavəmə Əş-Şəbiyyə Fi Əl-Məntəqə Əş-Şərqiyyə” dəstəsi bəyanat dərc edərək, Suriyadakı Amerika koalisiyasının bazalarına hücumun məsuliyyətini öz üzərinə götürüb.

Əl-Muqavəmə Əş-Şəbiyyə Fi Əl-Məntəqə Əş-Şərqiyyə bəyanatı

Hələlik Amerika rəsmiləri və Suriya rəsmiləri bu hücumlara reaksiya verməyiblər. Həmçinin, bu hücumların mümkün itkiləri barədə məlumat dərc edilməyib.

Əl-Muqavəmə Əş-Şəbiyyə Fi Əl-Məntəqə Əş-Şərqiyyə dəstəsi, Amerika işğalçı qüvvələrinin və onların dəstəklədiyi qüvvələrin Suriyada mövcudluğuna qarşı çıxan Suriya hökumətyönlü qruplardan biridir. 26 fevral 2018-ci ildə bu dəstə bir video yayımlayaraq varlığını rəsmən elan etdi. O zaman terrorçulara yaxın bir sıra KİV-lər bu qruplaşmanın üzvlərinin İran qüvvələri tərəfindən təlim keçdiyini və İran İslam Respublikası tərəfindən dəstəkləndiyini iddia etsə də, bununla bağlı indiyədək və bir neçə il keçməsinə baxmayaraq, heç bir etibarlı sənəd və məlumat yoxdur.

Bu dəstə Suriya Demokratik Qüvvələri (SDQ) kimi Amerika koalisiyasının və onlara bağlı qüvvələrin konvoylarına və mövqelərinə qarşı partizan hücumları təşkil edir və indiyədək Suriyanın müxtəlif bölgələrində Amerika koalisiyasının konvoylarına və mövqelərinə qarşı əməliyyatlar həyata keçirib.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir