Hizbullah Sarullah tank əleyhinə sistemini təqdim etdi + VİDEO

Bazar 13 Avqust 2023 - 16:29
https://az.iswnews.com/?p=25397

Livan kanalı Livan Hizbullahının anti zireh təliminin videosunu yayımlayıb və orada ilk dəfə Sarullah sisteminin görüntüləri nümayiş etdirilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livanın Əl-Mənar kanalı avqustun 11-də Livan İslami Müqavimətinin anti zireh bölməsinin təlimləri zamanı Hizbullaha məxsus “Sarullah” idarə olunan raket sisteminin görüntülərini əks etdirən video yayımlayıb.

Livanın Hizbullah hərəkatına bağlı İlamul-Hərbi mediasının verdiyi açıqlamaya görə, bu sistemin ən mühüm xüsusiyyətləri anti zireh olması, iki buraxılış qurğusundan ibarət yalnız Kornet raketləri atmaq üçün olması, yüksək dəqiqlik və hədəflərin eyni vaxtda məhv edilməsi, gecə-gündüz istifadə oluna bilməsi və hərəkət etmək asan və yüksək manevr qabiliyyəti olması qeyd edildi.

Sarullah sistemindən İlamul-Hərbi mediasının yayımladığı video

İlamul-Hərbi bu sistemin 2015-ci ildə Hizbullah qüvvələrinin əlinə keçdiyini və çox yaxşı nəticələrlə bir neçə döyüş meydanında istifadə edildiyini açıqlayıb.

Sarullah sisteminin yayımlanan videosuna görə, bu sistem, Trophy sisteminə qarşı çıxmaq üçün İranda istehsal olunan Dehlaviyə (Kornet) raketinin eyni ikili buraxılışıdır. Bu sistemdə iki anti-zireh raketi 0,4 saniyə fasilədə atılır. Trophy sisteminin ikinci raketlə məşğul olması üçün 1,75 saniyə vaxta uyğun olaraq, ikinci raket birinci raket zərbə vurub məhv olduqdan sonra Trophy-dən keçir və zirehə nüfuz edir. Bu sistem İranda Piruz kimi tanınır və iki və ya dörd Dehlaviyə raketi atmaq qabiliyyətinə malikdir və müxtəlif mobil platformalarda da quraşdırılır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir