Hizbullah mücahidlərindən biri şəhid oldu + FOTO

Cümə axşamı 10 Avqust 2023 - 13:28
https://az.iswnews.com/?p=25351

Hizbullah Livanın paytaxtı Beyrutun cənub ətrafında öz qüvvələrindən birinin şəhid olduğunu elan etdi.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livan Hizbullahı avqustun 9-da bir bəyanat yayaraq, Hizbullah yük maşınının silahlı şəxslərin hücumuna məruz qaldığını və hadisə zamanı Hizbullah qüvvələrinin birinin yaralandığını və xəstəxanaya aparıldıqdan sonra şəhid olduğunu bildirib.

Livan mətbuatının verdiyi məlumata görə, Hizbullaha məxsus yük maşını Əl-Bəqa bölgəsindən Beyruta doğru hərəkət edərkən Əl-Xaleh bölgəsində (Beyrutdan 11 km cənub-şərqdə) aşıb. Bu hadisədən sonra naməlum silahlı şəxslər yola yaxınlaşıb və yük maşınına daşlar atmağa başlayıblar.

Bir neçə dəqiqə sonra naməlum silahlı şəxslər yük maşınına atəş açmağa başlayıb və onu idarə etməyə cəhd ediblər. Bu əsnada “Məhəmməd Əli” ləqəbli “Əhməd Əli Qisas” adlı yük maşınını müşayiət edən qüvvələrdən biri ağır yaralanıb və aldığı xəsarətlər səbəbindən xəstəxanada şəhid olub.

Bu atışmada silahlı ünsürlərdən biri də öldürülüb. Silahlı şəxslərin Livan Qüvvələr partiyasının qüvvələrindən olduğu bildirilir. Hizbullah qüvvələri ilə silahlı ünsürlər arasında atışma baş verdikdən sonra Livan ordusu qüvvələri də məntəqəyə daxil olaraq silahlı insanların yük maşınına yaxınlaşmasının qarşısını alıblar. Bu hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəhid “Məhəmməd Əli” ləqəbli “Əhməd Əli Qisas”
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir