Tacikistanın Əfqanıstanla sərhəddə təhlükəsizlik qərargahları artıb

Çərşənbə axşamı 8 Avqust 2023 - 22:39
https://az.iswnews.com/?p=25320

Tacikistan Əfqanıstanla cənub sərhədində təhlükəsizlik təhdidləri ilə mübarizə məqsədilə bu ölkədəki sərhəd postlarının sayını 100-ə çatdırıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Tacikistan Müdafiə Nazirliyi Əfqanıstanla cənub sərhədində təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq məqsədi ilə avqustun 6-da təhlükəsizlik qərargahlarının sayını 100-ə çatdırıb.

Tacikistan Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xeyruddin Osmanzadə Əfqanıstanla sərhəddə təhlükəsizlik qərargahlarının artdığını təsdiqləyib və vurğulayıb ki, Əfqanıstandakı Taliban hökuməti ələ keçirdikdən sonra ölkənin bu ərazisindən təhlükəsizlik təhdidləri artıb və Düşənbə cənub sərhədlərinin təhlükəsizliyini və nəzarətini təmin etmək üçün Ordunun təhlükəsizlik qərargahlarını gücləndirib və artırıb.

Tacikistan Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Tacikistanın Əfqanıstanla iqtisadi əməkdaşlığının davam etdirildiyini vurğulayarkən, Taliban hökumətindən ümumi hökumət qurmağı, Əfqanıstanda qadın və qızların iş və təhsil sahəsində hüquqlarına hörmətlə yanaşmağı tələb edib.

Qeyd edək ki, Taliban hökuməti həmçinin minlərlə əcnəbi döyüşçüdən (Camaat Ansarullah Tacikistan, Təhrik-e-Taliban Pakistan və Şərqi Türküstan İslam Hərəkatı) ibarət “İstişhadi”, “Öməri”, “Sorx” və “Bədri” batalyonlarını yerləşdirməklə Bədəxşan, Təxar, Kunduz və Bəlx əyalətlərində Tacikistan ölkəsi ilə ümumi sərhədləri gücləndirib.

Daha çox oxuyun: Tacikistan Əfqanıstanla olan sərhədlərini möhkəmləndirir + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir