İŞİD terror qruplaşmasının komandanlığında yaranan böhran

Bazar ertəsi 7 Avqust 2023 - 18:15
https://az.iswnews.com/?p=25279

İŞİD terror qruplaşmasının bəzi komandirləri öldürüldükdən sonra bir sıra regional analitiklər bu terror qruplaşmasında liderlik böhranının olduğunu bəyan ediblər.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İŞİD-in bu terror qruplaşması lideri Əbülhüseyn Əl-Qurəşinin ölümünü gec elan etməsi, onun qətlində və cəsədinin Türkiyəyə təhvil verilməsində Təhrir Əş-Şam qruplaşmasını ittiham etməsi, İŞİD komandanlığında böhranın varlığına dair bəzi sualları gündəmə gətirir.

Bu terror qruplaşması liderinin ölümü barədə, bir neçə gün əvvəl İŞİD-in yeni sözçüsü Əbu Huzeyfə Əl-Ənsari məlumat verib. O, Əbülhüseyn Əl-Qurəşinin İdlibətrafı ərazilərdən birində Təhrir Əş-Şam qruplaşması tərəfindən öldürüldüyünü iddia edib.

İŞİD sözçüsü Əl-Qurəşinin ölüm vaxtını qeyd etmədən, İŞİD qruplaşmasının Əbu Həfs Əl-Haşimi Əl-Qurəşi adlı başqa bir şəxsi yeni komandir seçdiyini açıqlayıb.

Daha ətraflı: İŞİD lideri öldürüldü, sözçüsü həbs olundu!

Bununla bağlı ekspert və terrorçu qrupların tədqiqatçısı Həsən Əbu Həniyyə bildirib: “Şübhəsiz ki, İŞİD qruplaşması 2019-cu ildən bəri liderlik böhranından əziyyət çəkir və bunun səbəbi Amerika koalisiyası, Suriya Demokratik Qüvvələri (SDQ), İraq hökuməti, Təhrir Əş-Şam qruplaşması və s. tərəfindən çoxlu sayda İŞİD komandirinin öldürülməsidir”.

Əbu Həniyyə hesab edir ki, keçmiş liderin ölümünün elan edilməsinin gecikməsi və yeni rəhbərin təqdim edilməsi bu qruplaşmanın komandanlığında problemlərin mövcudluğundan xəbər verir, xüsusən də təhlükəsizlik qüvvələrinin dəfələrlə müdaxiləsindən və bu qruplaşmanın liderlərinin yerlərinin açıqlanmasından sonra.

Onun açıqlamasına görə, İŞİD-in yeni lideri çox güman ki, gənc və İraq vətəndaşıdır. Hələlik İŞİD terror qruplaşmasının yeni liderinin audio və ya videosu yayımlanmayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir