Təl-Əvivdə anti-İsrail əməliyyatı; Bir sionist öldürüldü + FOTO və VİDEO

Bazar 6 Avqust 2023 - 16:06
https://az.iswnews.com/?p=25257

Fələstinli gəncin Təl-Əvivdə bir qrup sionist təhlükəsizlik qüvvəsinə qarşı silahlı hücumu nəticəsində ən azı bir sionist həlak olub, ikisi isə yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, fələstinli gənc avqustun 5-də Təl-Əvivdə bir qrup sionisti güllələyib. Hadisədən bir neçə dəqiqə sonra Sionist Ordu Radiosu Təl-Əvivdəki atışma əməliyyatı icraçısının Təl-Əviv bələdiyyəsinə bağlı silahlı təhlükəsizlik qüvvələrinin dörd üzvünü hədəf aldığını, onlardan üçünün yaraladığını və onlardan birinin vəziyyətinin ağır olduğu bildirildi. Əməliyyatdan bir neçə saat sonra Fələstin mediası Təl-Əvivdə keçirilən əməliyyatda yaralanan Təl-Əviv Bələdiyyəsinin təhlükəsizlik işçilərindən olan Hin Əmirin aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişdiyini bildirib.

Öldürülən sionist Hin Əmir

İvritdilli medialar atışma əməliyyatının Təl-Əvivin ən məşhur prospektlərindən birində və israillilərin Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı həftəlik nümayişlərinin keçirildiyi yerin yaxınlığında baş verdiyini açıqlayıb.

İsrail ordusu radiosunun məlumatına görə, bu əməliyyatı həyata keçirən şəxs İslami Cihad hərəkatının üzvü olub. Radio həmçinin sionist rejimin baş naziri Benyamin Netanyahunun bu anti-İsrail əməliyyatından yaxından xəbərdar olduğu bildirilib.

Bununla bağlı Fələstin İslami Cihad hərəkatı bir bəyanat dərc edərək elan etdi: “Təl-Əviv əməliyyatı sionist işğalına qarşı birliyə və davamlı müqavimətə vurğu və sionistlərin İordan çayının qərb sahilində Fələstin xalqına qarşı gündəlik cinayətlərinə təbii cavab idi.

Təl-Əvivdə atışma əməliyyatından sonra İsrail ordusu 1948-ci ildə işğal olunmuş ərazilərə fələstinli döyüşçülərin sızmasından ehtiyat edərək İordan çayının qərb sahilindəki keçid məntəqələrində öz qüvvələrinin hazırlıq səviyyəsini artırıb.

Xatırladaq ki, iyulun 16-da bir fələstinli gənc İordan çayının qərb sahilinin cənubundakı Taqu keçid məntəqəsində bir qrup israilli mühaciri hədəfə almış, ən azı üç israilli yaralanmışdı.

Daha çox oxuyun: İordan çayının qərb sahilinin cənubunda anti-İsrail əməliyyatı; Üç sionist yaralanıb + FOTO

Təl-Əvivdə atışma əməliyyatının ilk anları və polis qüvvələrinin əməliyyatın icraçısına atəş açması
Sionist rejim polisinin Təl-Əvivdəki atışma əməliyyatı yerində həddindən artıq təhlükəsizlik tədbirləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir