Əl-Tənəf bazası; Terrorçuların birgə qərargahı

Mustafa Pakdel
Yazar:Mustafa Pakdel
Bazar 23 Yanvar 2022 - 19:13
https://az.iswnews.com/?p=252

Əl-Tənəf bazası və onun İraq və Suriyada terrorçulara dəstək etməsi rolu haqqında məqalə.

Oktyabrın 13-ü axşam yerli vaxtla saat 23:34 radələrində İsrail qırıcı təyyarələri ABŞ-ın işğalı altında olan Əl-Tənəf bölgəsinin hava məkanından istifadə edərək Palmir bölgəsinə və onun ətrafına və ətrafındakı telekommunikasiya qülləsinə hücum edib və bu zaman Suriya ordusunun bir əsgəri şəhid və daha üç nəfər yaralanmışdır. Hücumdan sonra Suriya Müttəfiqlərinin Əməliyyat Otağı bəyanat yayaraq hücuma cavab olaraq, şəhidlərin və yaralıların qanının qisasını alacaqlarını bildirmişdir.

Bundan bir neçə gün sonra, oktyabrın 20-də axşam saatlarında Əl-Tənəf bazasındakı Amerika hərbçilərinin və onun dəstəklədiyi silahlıların mövqeləri PUA-lar ilə hədəfə alındı. Qısa müddət sonra bazadan yayılan görüntülər bazanın ən azı üç nöqtəsinin pilotsuz təyyarələr tərəfindən hədəf alınaraq məhv edildiyini göstərib. Bazaya dəyən zərərin miqdarı Centcom terror təşkilatını reaksiya verməyə məcbur etdi və onlar da hücumda İranı günahlandıran bəyanat yayaraq, hücumda 5 kamikadze PUA istifadə edildiyini və heç bir Amerika qüvvələrinin ölmədiyini və ya yaralanan olmadığını bildiriblər.
Məğavir Əl-Səvrə terrorçu silahlıları bir sıra mülki vətəndaşları zərər çəkmiş bölgələrə apararaq ağlayan uşaqların şəkillərini dərc edərək, gülünc təbliğat aparmışdır. Bu nəinki onların sözlərinə ehtiram qoyulmağa səbəb olmadı, həm də qrupun rəsmi Twitter hesabının ələ salınmasına səbəb olmuşdur.

Bəs Əl-Tənəf bazası haradadır?

Əl-Tənəf bazası Suriya, İraq və İordaniyanın sərhəd üçbucağında yerləşir. Bazanın İraq, Suriya və İordaniya sərhədində və İraqla Əl-Vəlid sərhəd keçid məntəqəsində və Bağdad-Dəməşq yolu üzərində yerləşməsi Əl-Tənəf bazasını ABŞ-ın Qərbi Asiya regionunda ən mühüm və strateji bazalarından birinə çevirib.

Baza Suriya müxalifətçilərinin təlimində, silah və kəşfiyyat dəstəyində çox təsir edici rol oynayır və İŞİD əməliyyatçılarına geniş dəstək verməklə İraq-Suriya sərhəd bölgəsində sabitliyi pozmağa və İran-Aralıq dənizi kommunikasiya marşrutuna təsir etməyə çalışır. İraq-Suriya sərhəd qüvvələrinin sənədləri və hesabatları göstərir ki, bazada yerləşdirilən ABŞ qüvvələri İŞİD terrorçularının kürd qüvvələrinin həbsxanalarından İraq və Suriyanın müxtəlif bölgələrinə daşınmasında mühüm rol oynayır.

Suriya, İraq və İordaniya sərhəd üçbucağında Əl-Tənəf bölgəsi

Əl-Tənəf bölgəsi illərdir ABŞ qüvvələri tərəfindən işğal olunub və ABŞ qüvvələrinin bölgədəki mövcudluğu ilə əlaqədar dediklərinin əksinə olaraq, bura Suriya və İraq hökumətləri üçün təhlükəsiz olmayan yerə, fitnə və hücum yerinə çevrilib. Bura həmin ərazidir ki, Suriya ordusu qüvvələri və İraq müqavimət qrupları 55 kilometr radiusda bu məntəqəyə yaxınlaşmalarına icazə verilməyib. ABŞ bu ərazini işğal etməklə İranın Tehran-Bağdad-Ər-Rutbadan Dəməşqə birbaşa quru çıxışını əngəllədiyinə inanır; Amma həqiqətən belədirmi? Cavab aydındır: qətiyyətlə, xeyr!

Bu məsələlərə əlavə olaraq, İsrail rejimi qırıcı təyyarələrinin Suriyaya son hücumlar və son illərdəki hücumlarında Əl-Tənəf bölgəsində hava məkanından istifadə etməsi Suriya Müttəfiqlərinin Əməliyyatlar Otağını bu hücumlara qarşı cavab tədbirləri görməyə vadar edib.
Keçmişdə biz Suriyada amerikalı işğalçıların mövqelərinə qarşı hücumların şahidi olmuşuq, lakin Əl-Tənəfə PUA-ların hücumu ilk dəfə idi və bu cür hücumların artmasında dönüş nöqtəsi və daha geniş başlanğıc sayıla bilər. Göz, göz əvəzinə! Hücum, hücum əvəzinə! İsrail və ABŞ başa düşməlidir ki, hər bir təcavüz və hücum üçün ağır və qarşılıqlı hücum və cavab olacaq. Bu, Suriyada ABŞ və İsrailə qarşı çəkindirmə sahəsinə daxil olmaq üçün bir açar ola bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir