Cenin İsrail və Fələstin Milli İdarəsinə müqavimət göstərməkdə nümunədir

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Şənbə 5 Avqust 2023 - 14:44
https://az.iswnews.com/?p=25170

Fələstində, xüsusilə İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində baş verən son hadisələr bu bölgə gənclərinin inkişafında və onların Sionist rejim qüvvələri ilə uzunmüddətli silahlı müharibələrə hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Bu hadisələrin dərinlikərində daha bir mühüm cəhət var. O, da İordan çayının qərb sahilinin əksər əhalisinin Fələstin Milli İdarəsi və onun prezidenti Mahmud Abbasa nifrətinin artmasıdır. Fələstin Milli İdarəsi xalqın vəziyyətini yaxşılaşdıra bilməməsi və onların İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün Fələstin xalqı tərəfindən yaxşı başa düşülür və onları bu quruluşa qarşı inqilaba daha hazır edir. Biz məqalədə bu məsələni araşdıracağıq.

Oslo razılaşması və Fələstin Milli İdarəsinin tanınması həm mübariz Fələstin dəstələri, həm də İsrailin ifrat sağçı partiyaları üçün fərqli məna kəsb edir. Bu iki qrup Osloya sülh kimi baxmır, onu kök əqidələrə xəyanət hesab edir; İsrail tərəfi Oslonu İshaq Rabin başda olmaqla israilli solçu partiyaların bu torpağın sionist yəhudilər üçün qanuniliyinə qarşı törətdikləri İsrail torpağına xəyanət kimi görür və Fələstin müqavimət dəstələri və Fələstin xalqının böyük kütləsi də bunu silahlı mübarizə yolunu çətinləşdirən və düşməni daha çox işğal etməyə təşviq edən bir rüsvayçılıqdır hesab edir.

Yasir Ərəfatın (Fəth Hərəkatının lideri və Fələstin Milli İdarəsi qurucusu) vəfatından sonra bu ərəb barışdırıcı hərəkatın rəhbərliyi Əbu Mazin ləqəbli Mahmud Abbasa keçdi. 8 may 2005-ci ildə rəsmi olaraq Fələstin Milli İdarəsi prezidenti və Fələstin Milli İdarəsi başçısı oldu, silahlı mübarizəni qeyri-qanuni adlandıraraq, siyasi müqavimət strategiyası olaraq planını açıqladı və o vaxtdan bəri çoxlu sayda fələstinli ona və Fələstin rəhbərliyinə şübhə ilə yanaşır və ikrah hissi keçirir.

Fələstin xalqı, xüsusilə İordan çayının qərb sahilinin mücahid gəncləri Fələstin Milli İdarəsinə qarşı böyük qəzəb və nifrət bəsləyir. Hətta Fəth hərəkatında bir çoxları, o cümlədən ona yaxın olanlar onun Fələstinə dəyərli varlıq deyil, lazımsız əlavə yük kimi göründüyünü etiraf edirlər. Onu Yasir Ərəfatla müqayisə edən bir çox fələstinli hesab edir ki, Ərəfat fələstinliləri birləşdirib millət edib, Abbas isə fələstinliləri parçalayıb müxtəlif qruplara çevirib.

Abbasın diktatorcasına olan davranışları onu tənqid edənlərin, istər yaxın, istərsə də media mənsublarının ən kiçik bir tənqidlə mühakimə olunmasına və ya Fələstin Milli İdarəsinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə səbəb olub. Bunun bir nümunəsini təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və məhkəməsiz həbsxanada ağır işgəncələr nəticəsində dünyasını dəyişən müstəqil fələstinli jurnalist Nizar Binatın şəhadətində gördük.

Fələstinlilərin böyük əksəriyyəti Abbası İsrailin trolu hesab edir. Çoxları hesab edir ki, o, xüsusilə də təhlükəsizlik məsələlərində İsraillə “aktiv əməkdaşlıq” edir və qəsdən İsrailə İordan çayının qərb sahilində Fələstin əməliyyatlarını neytrallaşdırmağa kömək etməyə çalışır. Digərləri Abbasın “passiv əməkdaşlığa” malik olduğuna inanır, bu o deməkdir ki, o, qəsdən İsrailin xeyrinə işləməyə bilər, lakin işğalçı hərəkətlərə qarşı addımlarının və ya hərəkətsizliyinin nəticələri Fələstin xalqı üçün etdiyi hərəkətlərdən qat-qat çoxdur.

Bu baxımdan, ümumi Fələstin xalqı ilə Mahmud Abbas və Fələstin Milli İdarəsi hökuməti arasındakı ixtilafın tam nümunəsini araşdırmaq üçün Cenindəki son hadisələri müzakirə edəcəyik.

Cenin İordan çayının qərb sahilinin şimalında yerləşən bir şəhərdir. Bu şəhər Hayfa, Nasaret, Nablus Qüdsə gedən kommunikasiya yollarının birləşdirici nöqtəsi hesab olunur. Cenin düşərgəsi 1948-ci ildə israillilər tərəfindən işğal olunmuş doğma şəhər və kəndlərindən qaçan və ya tərk etməyə məcbur olan fələstinli qaçqınlar üçün düşərgədir. Bu düşərgə 1953-cü ildə tikilib. İsrail 1996-cı ildə şəhərə nəzarəti Fələstin Milli İdarəsinə təhvil verib. Əl-Əqsa İntifadasının (İkinci İntifada) əvvəlində İsrail bu şəhərin İsrailin şimalına və mərkəzinə mücahid qüvvələrin göndərilməsinin əsas mənbəyinə çevrildiyini iddia etdi. Bu şəhərdə müqavimət qüvvələrinin, xüsusən də HƏMAS, İslami Cihad və Ərinul-Usud müqavimət dəstəsinin mövcudluğu Cenini Fələstin İslami müqaviməti üçün mühüm bazaya çevirib və bəzi İsrail mediası oranı ikinci Qəzza adlandırır.

Daha çox oxuyun: “Ərinul-Usud” Fələstin müqavimət ədəbiyyatında yeni, lakin səs-küylü dəstə

2023-cü ilin iyun ayının son günləri və iyulun əvvəli, Cenindəki müqavimət mücahidləri ilə İsrail qüvvələri arasında ağır toqquşmaların başlaması Fələstinin İslami müqaviməti üçün qürurverici günlər sayılır. İsrail bu şəhərdə genişmiqyaslı əməliyyatda 12 fələstinlini şəhid etdi. 140-a yaxın adamı yaraladı, onlarla insanı həbs etdi. İlk dəfə İordan çayının qərb sahilinə hücum üçün hava hücumlarından istifadə edən sionist rejimin hərbi əməliyyatçıları bu şəhərin binaları, küçələri və infrastrukturunun dağıdılmasına səbəb oldu. Əməliyyat 48 saat davam etdi və sonda İsrail qüvvələri Cenində hec bir irəliləyiş əldə etmədən, oranı tərk etməyə məcbur oldular.

Minlərlə Cenin əhalisi şəhidlərin dəfn mərasiminə qatıldı və bu tədbir kütləvi nümayişə çevrildi. Onlar İsrailə qarşı qəzəb və ikrahlarını və müqaviməti dəstəkləmək öhdəliyini bəyan etməklə yanaşı, özünü Fələstin Milli İdarəsi və Fəth hərəkatına qarşı sərt şüarlar səsləndirdilər. Bu şüarlar mərasimdə iştirak edən Məhəmməd Əl-Aul və İzam Əl-Əhməd kimi Fəth Hərəkatı və Fələstin Milli İdarəsi rəsmilərinin dəfn mərasimini tərk etməsinə səbəb olub. Sosial şəbəkələrdə yayımlanan bu hadisədən görüntülər Fələstin Milli İdarəsinin təhlükəsizlik qüvvələrinin mövcudluğunu göstərdi və hətta onlar tərəfindən bir fələstinli gəncin həbs olunma anı da lentə alındı. Həmin gün yaranan alovlu vəziyyət, fələstinli gənclərin şəhər İcra Hakimiyyəti binası qarşısına toplaşaraq binaya daş atmasına səbəb oldu. İdarənin təhlükəsizlik qüvvələrinin gəlişi və gənclərə gözyaşardıcı qazdan istifadə etməsi ilə atmosfer iğtişaş və vətəndaş müharibəsinə çevrildi. Cenin gənclərinin Mahmud Abbasa və Fələstin Milli İdarəsinə qarşı qəzəb və nifrəti hərəkata çevrilmək mərhələsinə gəlib çatmışdı, çünki fələstinli gənclər Mahmud Abbasın İsrail xidmətləri ilə təhlükəsizlik əməkdaşlığının İsrailin bu idarədən istifadə edərək HƏMAS və İslami Cihad komandirlərini həbs edilməsinə və müqavimət şəbəkəsini məhv etməsinə səbəb olduğuna inanırdılar. Həmçinin, Fələstin Milli İdarəsinin hərbi və təhlükəsizlik qüvvələri İsrail qüvvələrinə qarşı zərrə qədər də müqavimət göstərməyib və onların İordan çayının qərb sahilindəki şəhərlərini işğalına yol açıb.

HƏMAS hərəkatı Fələstin Milli İdarəsinin əsas rəqibi hesab edilsə də, son illərdə Cenində İslami Cihadın fəaliyyəti xeyli artıb və bu, bu müqavimət hərəkatının bir çox komandirlərinin Abbasın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsinə səbəb olub. Fələstin İslami Cihad liderlərindən biri olan Davud Şahab ​​bu hərəkətləri Fələstin Milli İdarəsinin müqavimət dəstələrinə qarşı apardığı müharibə və hər hansı müqavimət fəaliyyətinin qarşısını almaq səylərinin bir hissəsi hesab edir. Fələstin Milli İdarəsinin rəsmiləri bu həbslərlə bağlı öz fikirlərini bildirərkən xaosun qarşısını almaq üçün və qanuni orderlə təhlükəsizlik agentlərini həbs etdiklərini bəyan etsələr də, bu iddia sadəcə olaraq İsrailə öz xeyirxah xidmətlərinə haqq qazandırmaq məqsədi daşıyır. Çünki Fələstin İslami Cihadı və liderlərinin İran İslam Respublikası ilə yaxşı əlaqələri var.

İran həmişə müqavimətin böyüməsi və yüksəlməsi və müqəddəs Qüds şəhərinin sionist işğalından azad edilməsi üçün çalışıb və Ali Məqamlı Rəhbərin bəyanatlarına əsasən, İordan çayının qərb sahilini İsraillə mübarizə üçün silahlandırma strategiyası əsas strategiyalardan biridir və Fələstin probleminin həllində prioritetlərin əsaslarındandır. Çünki siyasi strategiyalar və sülh danışıqları uğursuzluğa düçar olub və Fələstin xalqı öz düşmənini müqavimətdən başqa yolla məhv edə bilməz. Buna görə də Fələstin İslami Cihadı, xüsusilə İordan çayının qərb sahilinin şimal bölgələrində şəbəkələr quraraq və müqaviməti dəstəkləyən gəncləri yetişdirməklə bu strategiyanın irəliləyişində çox mühüm rol oynayır və İsrail təhlükəsizlik xidmətləri bunu çox gözəl anlayıb.

Ona görə də bu hərəkat üzvlərinin və ona aid edilən şəxslərin həbsi Fələstin Milli İdarəsinin təhlükəsizlik qüvvələri vasitəsilə izlənilir. Fələstin Milli İdarəsi müqavimət qüvvələri ilə İsrail hərbçiləri arasında toqquşmaların ortasında Ceninə girərək gərginliyi azaltmaq bəhanəsi ilə cəbhə komandirlərini həbs edəcək qədər müqaviməti pozmaqda fəaldır. Bu yaxınlarda Cenin müharibəsində bu hərəkatın “Murad Məlayişə” və “Məhəmməd Bərahimə” adlı iki üzvünün Tubas şəhəri yaxınlığında həbs edildiyini gördük.

Qarşıdurmaların sona çatmasından bir neçə gün sonra, iyulun 12-də Mahmud Abbas, 10 il Cenin və oradakı qarşıdurmalara və oradakı insanların ağır həyat şəraitinə etinasızlıq göstərdikdən sonra İdarənin siyasi və təhlükəsizlik rəsmilərindən ibarət bir heyətlə birlikdə Ceninə daxil oldu. Mühazirənin yeri, səs və proqramlaşdırmanın texniki qüsurları baxımından çox keyfiyyətsiz olan bu səfər 45 dəqiqədən çox çəkmədi. Abbasın səsi kəsilib yavaşlayanda adamlar onun sözünü kəsərək “Kətibə…Kətibə…” deyə qışqırdılar ki, bu da Cenindəki müqavimət hərbi batalyonlarına dəstək deməkdir. Onlar şüarlarında Abbas və təhlükəsizlik qüvvələrinin Cenini tərk etməsini istəyiblər.

Fəth hərəkatının liderləri (Fələstin Milli İdarəsinin demək olar ki, bütün siyasi və təhlükəsizlik postlarını tutur və Mahmud Abbas da bu siyasi hərəkatın rəhbəridir) Abbasın Cenində çıxışı günü Həmas-ın xaos və iğtişaşlar yaratdığını etiraf ediblər. Sionist rejimin 12-ci kanalı bu səfər başlamazdan əvvəl Ramallahdakı (Fələstin Milli İdarəsinin paytaxtı) mənbəyə istinadən xəbər verdi ki, Mahmud Abbas İdarənin təhlükəsizlik aparatına öz qüvvələrini Cenin şəhərinə yerləşdirməyi əmr edib. Bu mənbəyə görə, Abbas Fəth hərəkatının hərbi və təhlükəsizlik rəhbərlərini günahlandırıb və xəbərdarlıq edib ki, əgər tez hərəkət etməsəniz, HƏMAS Ceninə nəzarəti ələ keçirəcək.

Fələstin Milli İdarəsinin Cenin əhalisinin vəziyyətinin yaxşılaşdırılmasında səhlənkarlığı, İsraillə gizli və açıq əlaqələri ictimaiyyətin onlara qarşı qəzəbini günü-gündən artırır. İsrailin keçmiş Müharibə Naziri Benni Qantz məsuliyyətinin son günlərində Mahmud Abbasla təmasda İsrail ilə İdarə arasında mühüm əlaqələrin vacibliyini və onunla İsrail arasında əlaqə kanalının saxlanmasının vacibliyini çox mühüm hesab etmişdir. Cenində baş verən son hadisələrə gəlincə isə, o, həmçinin elan edib ki, bu münaqişələr və İsrail üçün yaradılmış ağır təhlükəsizlik vəziyyəti Fələstin Milli İdarəsinin bu ərazidə Həmas qüvvələrinə nəzarət etməməsinin nəticəsidir. İsrailin başda Cenin olmaqla İordan çayının qərb sahilindəki müqavimət qüvvələrinə qarşı həssaslığı və xalqın Fələstin Milli İdarəsinə qarşı artan qəzəbi ilə belə görünür ki, İdarə xalq inqilabını və Abbasın devrilməsini gözləməlidirlər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir