“Ərinul-Usud” Fələstin müqavimət ədəbiyyatında yeni, lakin səs-küylü dəstə

Əhmədreza Mobaşeri
Yazar:Əhmədreza Mobaşeri
Bazar 23 Oktyabr 2022 - 11:48
https://az.iswnews.com/?p=14453

Bu günlərdə İordan çayının qərb sahilində indiyə qədər heç vaxt eşidilməyən aslanların uğultuları eşidilir. Adətən gecə saatlarında Nablusda gəzən və fəaliyyətləri və ya digər müqavimət dəstələrinə motivasiya verən aslanlar sionist rejimin yuxusunu qaçırdıblar. Bu bir ayda əməliyyatların həcmi saxta sionist rejimi heyrətləndirib; Misal üçün, təkcə oktyabrın 13-də işğal olunmuş ərazilərin müxtəlif bölgələrində sionist əsgər və mühacirlərə qarşı 50-dən çox müqavimət əməliyyatı qeydə alınıb, oktyabrın 18-də İordan çayının qərb sahilində 7 atışma və 15 toqquşma qeydə alınıb. Bütün bu hallarda yeni təsis olunmuş “Ərinul-Usud” müqavimət dəstəsinin ya əməliyyatların operatoru olması və ya digər Fələstin müqavimət dəstələri üçün stimul rolu oynaması tam aydındır.

Ərinul-Usudun yaranması

“Haaretz” qəzetinin məlumatına görə, yeni ilin əvvəlində sionist rejimin təhlükəsizlik qüvvələri Nablusdakı hərbi hədəflərinə qarşı atışmaların artdığını müşahidə edib. Rejimin hərbi və təhlükəsizlik dairələri əməliyyatların bu artımını bu şəhərdə fəaliyyətlərini artıran “Kətibətu Nablus” müqavimət dəstəsi ilə əlaqələndiriblər.

Şin Bet hərəkətləri yatırmaq üçün Nablusda ağır əməliyyatlar keçirməyi qərara alır.

Saxta rejimin kəşfiyyat orqanları Nablusda sionistlərə qarşı fəaliyyət göstərmək niyyətində olan 4 nəfəri müəyyən edir.

Nəhayət, fevralın 8-i axşam saatlarında Yamam (anti-terror fəaliyyətləri ilə məşğul olur) qüvvələri bu dörd nəfəri həbs etmək və ya şəhid etmək üçün Nablus şəhərinə daxil olur. Həmin günün toqquşmalarında Əşrəf Əl-Mübəslət, Ədhəm Məbrukə və Məhəmməd Əd-Dəxil şəhid oldu, amma dördüncü şəxsdən xəbər yoxdur!

Şəhidlər: Ədhəm Məbrukə, Əşrəf Əl-Mübəslət, Məhəmməd Əd-Dəxil və İbrahim Nablusi bir kadrda

Saxta rejim təkəbbürlənərək bu cinayətdən çəkindirici gücünü sübut etmək istəyirdi və yeri gəlmişkən, bu əməliyyat saxta rejim hökumətinin rəsmi diqqətini çəkdi və uzun saatlar İbrani mediaları tərəfindən işıqlandırıldı. Amma bilmirdilər ki, bu əməliyyat və “Məhəmməd Əl-Əzizi”nin üç yoldaşının şəhadəti onun beynində silahlı dəstə yaranmasına səbəb olacaq.

Çoxlarının fikrincə, Məhəmməd Əd-Dəxil Məhəmməd Əl-Əzizi “Əbu Saleh”in (23 yaş) çox yaxın dostu olub, onun şəhid olması onun silahlı dəstə yaratmaq düşüncəsinin başlanğıcı olub.

Əşrəf Əl-Mübəslət, Ədhəm Məbrukə və Məhəmməd Əd-Dəxilin şəhadətindən sonra rejimin təhlükəsizlik və hərbi aparatları, o cümlədən Givati, Yamam, Dofdofan, Shabak və Nahal Xüsusi Təyinatlıları dördüncü şəxsi 6 aydır axtarırdılar və nəhayət , 6 aylıq kəşfiyyat işi və müxtəlif əməliyyatlardan sonra avqustun 9-da Yamam və Givati qüvvələrinin Nablusda keçirdiyi birgə əməliyyatda dördüncü şəxs də şəhid oldu.

Dördüncü şəxs isə “Əsədun-Nablus (Nablus Aslanı) ” kimi tanınan “İbrahim Nablusi”dən başqası deyildi.

İbrahim Nablusi

İbrahim şəhadətindən bir neçə dəqiqə əvvəl özünün audio faylını yazıb yayımlayır. Bu, İbrahimin ailəsinə və yoldaşlarına son vəsiyyəti olur ki, “anam, mən səni sevirəm, yoldaşlar, məndən sonra vətənin qayğısına qalın, silahlarınızı yerə qoymayın. Yoldaşlar, mən mühasirədəyəm, şəhidliyə doğru gedirəm”.

İbrahimin öz şəhadətindən bir neçə dəqiqə əvvəl yazdığı səsi

Sionist ordusu təfərrüatlı araşdırmadan sonra İbrahim Nablusinin indiyədək məlum olmayan bir dəstənin üzvü olduğunu elan edir!

Bu, sionist rejim rəsmiləri üçün böyük sual oldu! İbrahim Nablusi hansı dəstənin üzvüdür?

Çoxdan Məhəmməd Əl-Əzizi tərəfindən qurulmuş bir dəstə və təbii ki, özü də İbrahimdən iki həftə əvvəl şəhid olmuşdur. Nəhayət, İbrahimin şəhadətindən bir ay sonra Ərinul-Usud dəstəsi, Əbu Saleh kimi tanınan Məhəmməd Əl-Əzizinin şəhadətinin 40-cı gününə təsadüf edən cümə günü, sentyabrın 2-də əsr namazından sonra insanları Nablusdakı Həttin meydanında toplaşmağa dəvət etdi. Həmin gün günortadan sonra insanlar hamısı qara paltar geyinmiş və silahının lüləsinə qırmızı parça bağlamış gəncləri gördülər, bu da məqsədsiz heç bir güllə atmayacaqları mənasında idi. Onlar özləri üçün “Ərinul-Usud” adını seçmiş Nabluslu aslanlar idi.

Ərinul-Usud

Ərinul-Usud dəstəsi ilə tanışlıq

Ərin bağ, meşə, aslanların yaşadığı məntəqələrə deyirlər və Usud şir mənasını verən Əsədin cəmidir, Ərinul-Usud “Aslanlar Meşəsi” deməkdir.

Yeni yaradılmış Ərinul-Usud dəstəsi haqqında çox məlumat yoxdur, lakin mövcudluqlarını elan etdikləri gün onlar şəhid “Məhəmməd Əl-Əzizi”ni dəstələrinin qurucusu kimi təqdim etdilər və öz baxışlarını üç nöqtə də bəyan etdilər:

1- Bu dəstə şəhidlərin vəsiyyətlərini icra edir. Heç vaxt silahı yerə qoymayacaq və heç bir an döyüşü dayandırmayacaq.

2- Silahdan güllə işğalçıları və mühacir sionistləri hədəf almaqdan başqa heç bir məqsəd üçün çıxmayacaq və bu hədəfdən başqa hər hansı bir hədəf üçün istifadə olunarsa dəstədən çıxmaq mənasındadır. Hər hansı bir silahdan zalimləri dəstəkləmək yolunda kommersiya məqsədli istifadəni qəti şəkildə qınayırıq.

3- Fələstin Milli İdarəsi üzvlərinə deyirlər ki, onlar bizim qardaşlarımızdır və silahlarımız onlara yönəlməyəcək.

Bu dəstənin şüarı “Şəhidliyə qədər mübarizə rubəndini bağla, Zeytun Budağı sülhü məhv olsun, yaşasın silah, şəhadətə qədər mübarizə”.

Ərinul-Usudun xüsusiyyətləri

Sionist analitik Tel Lo Ram bu dəstənin mürəkkəbliyini təsvir edərkən “Maariv” qəzetində yazır: Bizim hərbi və kəşfiyyat təşkilatlarımız üçün bu dəstənin sistemini anlamaq çox çətindir, çünki mövcud və məlum təşkilatlardan fərqli olaraq əhatə dairəsi baxımından yeni və qəribə anlayış formasındadır.

Bu dəstənin məqsədi sionist rejimə qarşı mübarizə aparmaqdır və tam müstəqillik və bütün müqavimət dəstələri ilə bağlı olmamaqla yanaşı, onların hamısına və onların rəhbərlərinə hörmət edir və bu dəstənin rəsmi elan olunduğu gün Əhməd Yasin, Fəthi Şəqaqi, Əbu Əli Mustafa və Yasir Ərəfat kimi şəhidləri gözəl şəkildə andılar və “Allahın ətəyindən yapışın və ayrılmayın” ayəsini oxuyarkən dedilər ki, “La İlahə İlləllah, Muhəmmədən Rəsulullah” bayrağı altında birləşərək saxta rejimə qarşı döyüşmək onların planıdır.

Həmçinin, Nablus Aslanları öz şəhidlərinə yalnız bayrağ meydanında dəfn mərasimi keçirir və müxtəlif müqavimət dəstələrinin bayrağından istifadə etməkdən çəkinir ki, bu da Fələstinin azadlığı uğrunda birlik və vahid hədəfə sahib olmaq deməkdir.

Şəhidlər Ədhəm Məbrukə, Əşrəf Əl-Mübəslət və Məhəmməd Əd-Daxilin Fələstin bayrağı ilə dəfn mərasimi

Bəzi insanlar hətta inanırlar ki, bəlkə gələcəkdə Ərinul-Usud dəstəsi İordan çayının qərb sahilində və 1948-ci il ərazilərində Qəzzada ki, kimi “Birgə Əməliyyat Otağı” yarada bilib fərqləri və ixtilafları nəzərə almadan bütün müqavimət dəstələrini Birgə Hərbi Otağa toplasın.

Ərinul-Usudun digər müqavimət dəstələrindən fərqləndirici xüsusiyyəti

Birincisi, bu dəstənin üzvləri çox gəncdir və şəhidlərin şəkillərinə görə, əksəriyyəti 18-24 yaş arasındadır.

İkincisi, bu dəstə heç bir fraksiyaya bağlı deyil və heç bir partiya maraqları yoxdur, həmçinin heç bir təhlükəsizlik orqanı ilə münaqişəsi yoxdur.

Üçüncüsü, bu qrupun üzvləri sosial şəbəkələrə xüsusi diqqət yetirir və TikTokda xüsusilə aktivdirlər. Oktyabrın 13-də günorta saatlarında saxta rejimin 13-cü telekanalı Ərinul-Usudun TikTok-dakı hesablarını bağladığını açıqladı ki, bu da bu dəstənin sosial şəbəkələrdəki təsirinin sübutudur.

Əlbətdə ki, bir neçə saat sonra bu dəstə öz Telegram kanalında bu qrupun TikTok-da hesabının olmadığını bildirdi və dedi: Mesajlarını başqalarına istənilən yolla çatdıracaq xalqa etibar edirik.

Maariv qəzetinin hərbi analitiki Alun Bin Dafidin sözlərinə görə, Ərinul-Usud dəstəsi bu günlərdə nəinki bir sıra uğurlu və ölümcül əməliyyatlar təşkil etməyə müvəffəq olub, həm də İordan çayının qərb sahilinin bütün ərazilərində və hətta Qüdsdə münaqişələri başlada bilib.

Ərinul-Usudun əməliyyatları

Bu dəstənin şöhrəti əməliyyatlarının sayı və şiddəti ilə bağlıdır. Bu ilin sentyabrın 2-də yarandığı elan edilən gündən indiyədək, yəni bir aya yaxın müddətdə bu dəstənin qeydiyyatında 30-a yaxın silahlı əməliyyat qeydə alınıb. Məsələn, sentyabrın 11-də Nablus Aslanları saat 13:00-da Şafi Şomron bölgəsində əməliyyat keçirib, ondan sonra isə Deyr Şərəfdə əməliyyat keçiriblər. Sonra həmin gün saat 19:00-da Cərzim yüksəkliklərində üçüncü əməliyyatı, daha sonra isə Kedomimdə əməliyyat keçirdilər və nəhayət axşam saat 20:00-da Bita kəndində beşinci əməliyyat keçirdilər və beləliklə, bu dəstə bir gündə 5 əməliyyat həyata keçirdi ki, onlardan birində sionist rejimin bir əsgəri öldürüldü və əməliyyatlar ölçüsündə onlara ziyan dəydi.

Xalq bu gənc dəstəni görünməmiş şəkildə dəstəkləyir və bu dəstə ardıcıl əməliyyatları ilə hər kəsin diqqətini cəlb edir. Əl-Cəzirə telekanalının məlumatına görə, sentyabrın ikinci günü bu dəstəyə dəstək üçün Həttin prospektində təxminən beş min insan iştirak etmişdir. Bu dəstənin əməliyyatları həm fələstinlilər, həm də sionistlər arasında çox hay-küyə səbəb olub, belə ki, bu günlərdə daimi olaraq İbrani qəzetləri və televiziya kanalları verilişləri, yığıncaqlarının qızğın mövzusuna çevrilib. İndi gərək gözləyək və görək ki, bu niqablı Nablus Aslanları gələcəkdə saxta rejimi necə heyrətləndirəcək və onların gələcək mübarizə planları necə həyata keçiriləcək?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir