Taliban Əfqanıstanda İmam Xomeyni (r.ə) İmdad Komitəsinin fəaliyyətini dayandırıb

Cümə 4 Avqust 2023 - 15:14
https://az.iswnews.com/?p=25167

Taliban hökuməti heç bir ilkin xəbərdarlıq etmədən İmam Xomeyni (r.ə) İmdad Komitəsinin Kabil, Hərat və Məzari-Şərif şəhərlərindəki bütün ofislərinin fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Kabil ofisinin fəaliyyəti son bir ayda, Hərat və Məzari-Şərif şəhərlərinin ofisləri isə üç gün əvvəldən dayandırılıb və hazırda yalnız bu qurumun Nimruz vilayətinin mərkəzi Zərənc şəhərindəki ofisi fəaliyyət göstərir.

Taliban hökumətinin baş nazirlik dəftərxanası bir məktubda İmdad Komitəsinin Əfqanıstandakı ofislərinin bağlanmasının səbəbini açıqlayıb. Məktubda deyilir: “İran İslam Respublikasına bağlı olan bu komitə, Əfqanıstan bayraqlarının yerinə İran bayraqları və İmam Xomeyninin (r.ə) şəkillərini dərc etməklə mənfur hərəkətləri yayıb. Bu səbəbdən xeyriyyə komitəsinin bütün fəaliyyətləri dayandırılıb”.

Qeyd edək ki, yardım komitəsi 40 mindən çox əfqan tələbənin təhsili üçün zəmin yaradıb, maarifləndirici dərslər, o cümlədən dərzilik və s. keçib, yüzlərlə kimsəsiz ailəyə və yetimlərə himayədarlıq edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir