İraqda baş verən son hadisələr, 04 Avqust 2023

Cümə 4 Avqust 2023 - 10:29
https://az.iswnews.com/?p=25161

İraqın Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadası Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu ərazinin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:
-İyulun 28-də İraq Milli Kəşfiyyat Xidməti bəyanat yayaraq İŞİD terror qruplaşmasının Qadisiyyə qolunun rəhbəri “Əbu Haris Bağdadi”nin həbs olunduğunu açıqlayıb.

Daha çox oxuyun: Bağdadda İŞİD-in yüksək rütbəli komandiri həbs edildi

-Avqustun 3-də İraqın Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadası Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu ərazinin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

2- Əl-Ənbar:
-Avqustun 1-də İraqın Həşd-Şəəbi Təşkilatı bu təşkilatın 57-ci briqadasının qüvvələrinin Əl-Ənbar vilayətində İŞİD terror qruplaşmasına məxsus sursat və texnika anbarını aşkar edərək ələ keçirdiyini açıqlayıb.

3- Qadisiyyə:
-İyulun 31-də Əshab Əl-Kəhf müqavimət dəstəsi Qadisiyyə əyalətində Amerika əsgərlərinin logistika karvanını hədəfə alıb.

Daha çox oxuyun: İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub

-İyulun 25-də Əshab Əl-Kəhf müqavimət dəstəsi Qadisiyyə əyalətində Amerika əsgərlərinin logistika karvanını hədəfə alıb.

Daha çox oxuyun: İraqda amerikalı terrorçuların logistika karvanına hücum olub + VİDEO

4- Süleymaniyyə:
-İyulun 28-də Türkiyə ordusu dronları İraqın Süleymaniyyə vilayətinin Şarbazir bölgəsindəki Rəh Negina kəndində bir avtomobili hədəfə alıb və Zalan rayonunun direktoru Salam Ömərin sözlərinə görə, bu hücum nəticəsində ən azı 4 nəfər həlak olub.

5- İyulun 29-da ABŞ-ın İraqdakı səfiri Alina Romanovski İraq banklarının heç birinə ABŞ sanksiyalarının tətbiq edilmədiyini açıqladı. Romanovski ABŞ-ın İraq Mərkəzi Bankı ilə əməkdaşlıq edərək və PL/TMM konvensiyalarına əməl etməklə İraq iqtisadiyyatının rəqəmsallaşdırılmasını təkmilləşdirəcəyini vurğulayıb.

Daha çox oxuyun: Vaşinqtonun Bağdaddakı səfiri: Heç bir İraq bankına sanksiya tətbiq edilməyib

6- İşğal altındakı Fələstinə fasiləsiz uçuşlar həyata keçirən və tarixçəsində İsrail silahlarının Bakıya daşındığı Azərbaycan Respublikasının Silkway Hava Yollarının təyyarələri son günlər İraqdakı Amerika bazalarında olub. Bu mövzu, şirkətin keçmişini nəzərə alsaq, çox vacib sayıla biləcək bir məsələdir.

Daha çox oxuyun: Silk Way Airlines Bakı reysləri; İsraildən İraqadək!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir