Üç İran PUA-sının İsrail qırıcıları tərəfindən vurulması + Video və Şəkillər

Çərşənbə axşamı 8 Mart 2022 - 01:44
https://az.iswnews.com/?p=2514

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, sionist rejim video sitatlar dərc edərək, F-35 qırıcıları tərəfindən İrana məxsus 3 PUA-nın təqibini və məhv etdiyini iddia edib.

Sionist mediasının məlumatına görə, 2021-ci il martın 15-də İranın iki Şahid-197 PUA-sı İsrailin F-35 qırıcıları tərəfindən təqib olunaraq məhv edilib. Bu işdən məqsəd Qəzza zolağına işğal olunmuş Fələstinin səmalarına daxil olaraq silah ötürmək olub.
İsrail iddia edir ki, pilotsuz təyyarələr şərq və cənub istiqamətində işğal olunmuş Fələstinə doğru hərəkət edib və onların məhv edilməsi bölgədə olan ölkələr (ehtimal ki, İordaniya və Səudiyyə Ərəbistanı) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Həmçinin, bir PUA (Ənsarullahın Səmad PUA-sına oxşar) 18 may 2021-ci ildə son İsrail-Qəzza müharibəsi zamanı İraqdan işğal olunmuş Fələstin ərazisində əməliyyatlar aparmaq üçün yola düşməsi və İsrailin onu məhv etməsi iddiasıda deyilir. Lakin İsrailin təqdim etdiyi infoqrafikaya görə, bu pilotsuz təyyarənin növü İraqın Həşd Şəəbi qüvvələrinin təlimində nümayiş etdirilən pilotsuz təyyarə ilə üst-üstə düşür. Buna görə də bu pilotsuz təyyarə İrana aid deyil və hücumu Həşd Şəəbi həyata keçirib.

İran rəsmiləri bu xəbərə hələlik reaksiya verməyib. Ancaq bu pilotsuz təyyarələrin Hizbullah və Ənsarullah kimi müqavimət dəstələrinin rolu ilə işğal olunmuş Fələstin torpaqlarında kəşfiyyat əməliyyatları həyata keçirməsi mümkündür.

Qeyd edək ki, İsrailin Şahid-197 adlı pilotsuz təyyarənin növü ilə bağlı iddiası yanlışdır və əsasən belə bir model Şahid seriyası hazırlanmır. Onlar yəqin ki, 181 və ya 191 seriası dronunu nəzərdə tuturlarmış. Yayımlanan videolara əsasən, İran pilotsuz təyyarəsinin fırlanan mühərriki var, ona görə də bu dron 181 tipli Şahiddir. 191 (və ya sionistlərin dediyi kimi, 197) fırlanan mühərrikli Şahid 181 hücum və kəşfiyyat edə bilən pilotsuz təyyarəsi 1000-1500 kilometr mənzildə 40 kiloqramlıq iki bomba daşımağa qadirdir.

Video №1: İran pilotsuz təyyarəsinin İsrail qırıcısı tərəfindən məhv edilməsi anı
Video №2: İraqdan işğal olunmuş Fələstində əməliyyat etmək istəyən üçüncü PUA-nın təfərrüatları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir