Suriyada baş verən son hadisələr, 2 Avqust 2023

Çərşənbə 2 Avqust 2023 - 18:14
https://az.iswnews.com/?p=25101

Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad siyasi və iqtisadi nümayəndə heyəti ilə Tehrana səfər edib və onu İran İslam Respublikasının Xarici İşlər Nazirliyində iranlı həmkarı Hüseyn Əmirabdullahian qarşılayıb.

1- Hələb:
-Avqustun 1-də Suriya ordusu Hələbin qərbində yerləşən Əl-Qəsr, Kəfər-Təal və Kəfər-Əmə kəndlərindəki terrorçuların mövqelərini hədəfə alıb.
-İyulun 31-də Türkiyə ordusunun Şahba bölgəsinə artilleriya hücumu nəticəsində iki mülki şəxs yaralanıb.

2- İdlib:
-İyulun 30-da İdlibin cənubunda yerləşən “Əl-Barə” və “Kansafra” məntəqələrinin ətrafında yerləşən terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb. Suriya ordusunun Əl-Barə bölgəsinə endirdiyi artilleriya hücumları nəticəsində terrorçulardan birinin həlak olduğu bildirilir.
-İdlib və ətrafında Təhrir Əş-Şam qrupu nəzarəti altında olan ərazilərdə bu qrup əleyhinə gecə nümayişləri şiddətləndikcə, Firqətu Əl-Ğurəba qruplaşması özünü müdafiə edən və Təhrir Əş-Şama hücumların bir sıra videolarını nümayiş etdirməyə başlayıb.

3- Dəraa:
İyulun 25-də terrorçuların keçmiş üzvlərindən biri Umm Əl-Miyəzəndə naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-Zor:
Avqustun 1-də Amerika koalisiyasının helikopterləri Deyr əz-Zor şəhərinin şərq əraziləri üzərində uçuşlar həyata keçirib.

5- Həsəkə:
-İyunun 25-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
-İyulun 28-də Türkiyə ordusunun dronları Həsəkə əyalətində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hücumlar təşkil edib. SDQ qüvvələrinin mediası məlumat yayaraq, Türkiyə ordusunun Qamışlı şəhərinin 20 kilometr qərbində yerləşən əraziyə dron hücumu nəticəsində 4 SDQ qüvvəsinin həlak olduğunu açıqlayıb.

Daha çox oxuyun: Türkiyənin İraq və Suriyaya dron hücumu nəticəsində 8 nəfər həlak olub

6- Dəməşq:
İyulun 27-də Dəməşqin Zeynəbiyyə (s) məntəqəsində bomba ilə təchiz olunmuş avtomobil partladılıb və bu terror partlayışı zamanı azı 6 nəfər şəhid olub, 23 nəfər yaralanıb. İŞİD terror qruplaşması bəyanat yayaraq bu partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Daha çox oxuyun: Dəməşqin Zeynəbiyyə məntəqəsində terror partlayışı; 6 şəhid və 23 yaralı + FOTO

7- İyulun 23-də Suriyadakı Rusiya Barışıq Mərkəzinin müavini kontr-admiral Oleq Juravlov Amerika koalisiyasına məxsus MQ-9 dronunun Suriya səmasında rus qırıcıları yaxınlığında təhlükəli uçuşu barədə xəbər verib.

Daha çox oxuyun: Suriya səmasında Rusiya və Amerika hava təchizatları arasında gərginlik yaşanıb

8- İyulun 31-də Suriyanın xarici işlər naziri Feysəl Əl-Miqdad siyasi və iqtisadi nümayəndə heyəti ilə Tehrana səfər edib və onu İran İslam Respublikasının Xarici İşlər Nazirliyində iranlı həmkarı Hüseyn Əmirabdullahian qarşılayıb.

9- İyulun 31-də Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinin (SDQ) “Sülh Çeşməsi” əməliyyatı bölgəsində 3 üzvünün həlak olduğunu açıqlayıb.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir