Nəsrullahın İsrailə xəbərdarlığı: Biz heç bir axmaqlıq qarşısında susmayacağıq!

Bazar 30 İyul 2023 - 18:18
https://az.iswnews.com/?p=24965

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah şənbə günü Beyrutun cənub ətrafında Aşura yürüşündə çıxış edib.

Qeyd edək ki, Aşura günü Livanda dünən şənbə günü 29 iyul tarixində qeyd olunub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Seyid Həsən Nəsrullah Aşura günü ilə bağlı çıxışında, söhbətinə Həzrət Muhəmməd (s), Əmirəl-möminin (s), Həzrət Zəhra (s), İmam Həsən (ə), İmam Zaman (ə) və İmam Xameneiyə başsağlığı ilə başlayıb.

Nəsrullah çıxışına davam edərək deyib: “Biz bu tədbirdə həvəslə iştirak etməklə sadiqliyimizi və öhdəliklərimizi bəyan edirik. Şurlu varlığınız və sıxılmış yumruqlarınız sahədə səbr, sabitlik və müqavimət, möhkəmlik və bu yolu davam etdirmək əzmini ifadə edir”.

Bu çıxışı zamanı o, Qurani-Kərimin təhqir olunması məsələsinə toxunaraq vurğulayıb: “İsveç, Danimarka və bütün dünya hökumətləri bilməlidir ki, biz müqəddəslərimizi, Peyğəmbərimizi və Qurani-Kərimi təhqir etməyə dözməyən bir xalqıq. Dünyada müqəddəslərini təhqir etməyə önəm verməyən və onları müdafiə etmək üçün tərpənməyən xalqlar varsa, təcavüzə əhəmiyyət vermirlərsə, milyard müsəlman xalqı belə deyil”.

Hizbullahın baş katibi həmçinin vurğulayıb: “Sionistlərin Məscidül-Əqsanı murdarlamaqda israrları ilə İslam Əməkdaşlıq Şurasının iclasında bu hücumlara qarşı mövqe ortaya qoyulmalıdır. Sionist rejim yalançı bir rejimdir, bölgəmizdəki fitnə virusu və xərçəng şişidir. Bu xərçəng şişi aradan qaldırılmayana qədər bölgə istirahət etməyəcək. Dünyanın hər yerindən azad insanlar məzlum və səbirli Fələstin xalqını dəstəkləməli və onlara kömək etməlidir. Bu gün Fələstin xalqı müqavimətə həmişəkindən daha çox inanır və ona arxalanır. Soyuq silahlarla, bombalarla, sursatlarla və daşlarla cihad edirlər. Nəticədə şəhid olurlar”.

Seyid Həsən bildirib: “Zülmə məruz qalan Livandır və İsrail hələ də torpaqlarımızın bir hissəsini işğal altında saxlayır. Onlar Əl-Qəcər bölgəsinin bir hissəsini işğal ediblər və həyasızcasına təxribat xarakterli hərəkətlərdən danışırlar. Sionistlərə deyirəm, öz axmaqlıqlarınızdan çəkinin. Müqavimət üzərinə düşən vəzifəni yerinə yetirməkdən, çəkindirməkdən, torpağı azad etməkdən əl çəkməyəcək. Müqavimət istənilən varianta hazırdır və heç bir axmaqlıq qarşısında susmayacaq, hava məkanımızı pozan və Livan ərazisini işğal etməkdə davam edən İsraildir”.

O deyib: “Bütün mövcud çağırışlara qarşı bizim vəzifəmiz bizdən daima meydanda olmağı tələb edir. Düşmənimiz bizi iki variant qarşısında qoyarsa, yəni müharibə və ya zilləti qəbul etmək, biz də seçib “Heyhat Minna Əl-Zillə” (Zillət bizdən uzaqdır) deyərik. Hüseynin (ə) uğrunda şəhid olduğu Quranı müdafiə etmək üçün “Ləbbeyk ya Quran, Ləbbeyk ya Hüseyn (ə), Ləbbeyk ya Mehdi (ə)” deyirik”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir