Türkiyənin İraq və Suriyaya dron hücumu nəticəsində 8 nəfər həlak olub

Bazar 30 İyul 2023 - 10:21
https://az.iswnews.com/?p=24922

Türkiyəyə məxsus dronların İraqın şimalı və Suriyanın şimalındakı bölgələrə hücumu nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 28-də Türkiyə ordusuna məxsus dronlar İraqın Süleymaniyyə vilayətinin Şərbazir bölgəsinin Rəh Neginə kəndində bir avtomobili hədəfə alıb, nəticədə 4 nəfər həlak olub.

Bu 4 nəfərin Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvü olduğu bildirilir. Bu hücumla bağlı ətraflı məlumat verilməyib.

Həmçinin Türkiyə ordusunun dronları iyulun 28-də Həsəkə əyalətində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hücumlar təşkil edib. SDQ-nin media mərkəzinin məlumatına görə, Türkiyə ordusunun Qamışlı şəhərinin 20 kilometr qərbində yerləşən əraziyə dronlarının hücumu nəticəsində 4 SDQ qüvvəsi həlak olub.

Qeyd edək ki, bu, Türkiyə ordusunun son üç gündə İraq və Suriyanın şimal bölgələrinə üçüncü dron hücumudur. İyulun 27-də səhər saatlarında Türkiyə dronları Qamışlı şəhərinin cənub ətraflarında yerləşən ərazini hədəfə almış, nəticədə 3 nəfər ölmüş, 2 nəfər yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir