Suriya səmasında Rusiya və Amerika hava təchizatları arasında gərginlik yaşanıb

Bazar ertəsi 24 İyul 2023 - 18:07
https://az.iswnews.com/?p=24732

Suriyada Rusiya Barışıq Mərkəzinin müavini Amerika dronunun Suriyanın şimal bölgələri səmasında Rusiya ordusunun qırıcıları yaxınlığında təhlükəli uçuşunu açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Rusiyanın Suriyadakı barışıq mərkəzinin müavini birinci dərəcəli kapitan Oleq Juravlov iyulun 23-də Amerika koalisiyasına məxsus MQ-9 dronunun Suriya səmasında rus qırıcıları yaxınlığında təhlükəli uçuşunu elan edib.

Juravlov deyib: “Bu hadisə Əl-Bab bölgəsində baş verib. ABŞ koalisiyasına məxsus dronun Rusiya təyyarələri yaxınlığında atəşə nəzarət sistemlərini işə salması, Rusiya ordusunun qırıcı təyyarələrinin avtomatik olaraq müdafiə sistemlərini işə salması barədə də bir neçə xəbər var”.

O əlavə edib: “Rusiya ordusunun pilotları bu hallarda yüksək məharətlərini sübut etdilər və vaxtında tədbirlər görərək, bu təyyarələrin Amerika koalisiyasının dronları ilə toqquşmasının qarşısını aldılar”.

Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin müavini daha sonra deyib: “24 saat ərzində koalisiyaya məxsus dronlar tərəfindən 2019-cu ilin dekabrında Suriyada imzalanmış qarşıdurma etməmə protokollarının ən azı 10 pozuntusu baş verib. Həmçinin, 24 saat ərzində bir neçə Amerika F-16 qırıcısı Ət-Tənəf bölgəsində Suriyanın hava məkanını ən azı altı dəfə pozub”.

Qeyd edək ki, iyulun 5-də Amerika Terrorçularının Qərbi Asiyadakı Qərargahının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general Aleks Qrinkeviç iddia etmişdir ki, Rusiya qırıcıları Suriyanın şimal-şərqi üzərində təhlükəli və qeyri-peşəkar davranışla üç Amerika dronuna müdaxilə edib. Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq, Amerika dronlarının Suriya və Rusiya ordularının birgə təlim bölgəsinin hava məkanını 5 dəfə pozduğunu və bu nazirliyin Suriya səmasında Amerika dronlarının razılaşdırılmamış uçuşlarının təhlükəsizliyinə cavabdeh olmadığını açıqlamışdır.

Daha çox oxuyun: Moskva ilə Vaşinqton arasında gərginlik; Suriyada Amerika dronları rus qırıcıları tərəfindən təqib edilib! + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir