Sistan və Bəlucistan yol polisinə silahlı hücum olub + FOTO

Bazar 23 İyul 2023 - 19:20
https://az.iswnews.com/?p=24700

İran İslam Respublikasının Sistan və Bəlucistan vilayətində yerləşən Xaş-Təftan yolunda naməlum şəxslərin yol polisi maşınına hücumu nəticəsində 4 nəfər şəhid olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bu gün naməlum silahlı şəxslərin yol polisi qüvvələrini daşıyan avtomobilə silahlı hücumu nəticəsində 3 nəfər şəhid olub, 1 nəfər yaralanıb. Bu qorxaq hücumun yaralısı da xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

Sistan və Bəlucistan əyalətinin yol polisinin açıqlamasına görə, bu terror aktının şəhidləri baş leytenant Mehdi Allahpur, baş gizir Rza İsmaili, baş gizir Məhəmməd Rza Şeyxi və baş gizir Həsən Vəhididir.

Hələlik bu terror aktına görə məsuliyyəti heç bir şəxs və ya qrup öz üzərinə götürməyib, lakin Ceyş Əl-Ədl kimi tanınan terror qruplaşmasının fəaliyyətinin artması səbəbindən bu hücumun da bu qruplaşmanın agentləri tərəfindən həyata keçirildiyi istisna edilmir.

Qeyd edək ki, bundan əvvəl, 2023-cü il iyulun 14-də Mircavə yaxınlığında hərbi maşın partlayıcı qurğu ilə hədəfə alınmış və nəticədə 4 nəfər yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir