İsrail aviasiyası Dəməşqin ətrafına zərbələr endirib + VİDEO və FOTO

Çərşənbə 19 İyul 2023 - 10:35
https://az.iswnews.com/?p=24548

Sionist rejim qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbəsi endirib ki, onların bir qismi Suriya ordusunun hava hücumundan müdafiəsi tərəfindən müəyyən edilərək məhv edilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya hərbi mənbəsi bildirib, çarşənbə günü yerli vaxtla saat 00:25 radələrində sionist düşmən işğal olunmuş Qolan yüksəkliklərindən bir neçə raketlə Dəməşq ətrafında yerləşən hədəflərə hücum edib. Hava hücumundan müdafiə sistemləri raketlərin çoxunu vurub. Bu hücum iki suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələnib.

Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Dəməşqin qərbindəki mövqelərinin İsrail qırıcıları tərəfindən hədəf alındığı bildirilir.

Qeyd edək ki, iyulun 2-də sionist rejim qırıcıları Beyrutun şimal-şərq istiqamətindən bir neçə raket ataraq Homs şəhərinin kənarındakı hədəflərə hücum etmişdir. Bu hücum maddi ziyana səbəb olmuşdur.

Daha çox oxuyun: İsrail aviasiyası Homs şəhərinin ətrafına zərbələr endirib + FOTO və VİDEO

Suriya Ordusunun Hava Hücumundan Müdafiə Sistemlərinin Dəməşq səmasında İsrail raketləri ilə qarşılaşması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir